3 Sentyabr 2025, Çərşənbə
"Səbail"də braziliyalı yarımmüdafiəçi
"Zirə"nin tarixinə düşən qələbə
"Qarabağ" və "İmişli" qalib gəldi
Baxşıyev: “Çempionluq sözlə olmur”

Digər idman növləri

Güləş millimizin Avropa çempionatı üçün heyəti

Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 sərbəst güləş millisinin heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, məsul yarışda ölkəni Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

İyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada baş tutacaq qitə birinciliyinə qatılacaq yığma üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar.

Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını söyləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30