2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Digər idman növləri

“Formula 1" üzrə Azərbaycan Qran Prisi: bu il bilet satışında rekord qırılıb

"Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır: "Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb".

"Abşeron" tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək", - o bildirib.

T.Teymurov vurğulayıb ki, "Formula 1" yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir: "Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30