3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Kişilər kişi kimi oynaya bilmədi”

Kişilərdən ibarət şahmat millimizin üzvü Şəhriyar Məmmədyarov qadın şahmatçlarımızı Avropa çempionatında 3-cü yeri tutması münasibəti ilə təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, barədə o, sosial şəbəkədə yazıb:

"Afərin, bizim xanım şahmatçılara, tarix yazdılar! Avropa birinciliyində 3-cü yerə çıxdılar, özü də son oyunda Ermənistan komandasına qalib gələrək! Afərin sizə, siz olmasaydınız, hamı bizim pis nəticəmizdən danışacaqdı, amma hər kəs indi sizdən danışacaq. Qürur duyduq".

Ş.Məmmədyarov sosial şəbəkə istifadəçilərindən birinin "Bəs kişilər yarışda nə etdi" sualına belə cavab verib: "Kişilər kişi kimi oynaya bilmədi bu dəfə".

Qeyd edək ki, ötən il Avropa çempionu olan kişi şahmatçılarımız bu dəfə 6-cı pillə ilə kifayətlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31