19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Ölkə futbolu

Rəşad Sadıqov 100-cü qələbəsini “Futbolxeber”ə şərh etdi: “Bu barədə mətbuatda xəbər tutdum”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Futbolxeber.az saytına müsahibəsi

 

- “Karvan-Yevlax”la oyunda “Zirə”nin baş məşqçisi kimi 100-cü qələbənizi qazandınız...

- Açığı, bunu əvvəldən bilmirdim. Bu barədə mətbuatdan xəbər tutdum. Təbii olaraq sevindirici haldır. Davamlı olsun inşallah. Allah bizə daha çox, daha böyük zəfərlər nəsib eləsin.

- “Zirə”nin baş məşqçisi kimi ilk oyununuzu xatırlayırsınız?

- Bəli, ilk oyunum yadımdadır. Səfərdə “Qəbələ”yə qarşı 1:1 oynamışdıq.

- Bəs ilk qələbəniz?

- Elə növbəti oyunda ilk qələbəni qazandıq. Rəqib də “Səbail” idi.

- “Zirə”nin baş məşqçisi kimi 200, 300-cü qələbələr planlarınızda var, yoxsa gələcəkdə Rəşad Sadıqovu başqa yerdə görəcəyik?

- Məni “Zirə”də hər şey qane edir. Burada olmaq mənim üçün çox xoşdur. İstərəm ki, birlikdə uzunmüddətli işlər görək.

- Amma yəqin ki, gələcəkdə futbolçu vaxtlarınızda olduğu kimi, məşqçilik karyeranızda da ölkə xaricində işləməyi hədəfləyirsiniz.

- Əlbəttə. Bu, qarşımdakı hədəflərdən biridir. Bir gün baş məşqçi kimi özümü xaricdə sınamağı çox istəyirəm.

- Adətən məşqçilər yerli rəqiblərin oyunlarını stadiondan izləmirlər. Sizə isə “Turan Tovuz”un “Şamaxı” ilə görüşünə stadiondan tamaşa etdiniz. Bunun xüsusi bir səbəbi var idi?

- Xeyr. Sadəcə sırf “Turan Tovuz”un oyununa canlı baxmaq istəyirdim. Dediyiniz kimi, növbəti rəqibimiz Tovuz klubudur. 1 gün əvvəl də “Araz-Naxçıvan” - “Sumqayıt” oyununu stadiondan izlədim. Çünki digər iki rəqibimiz də həmin kollektivlərdir.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31