19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Ölkə futbolu

Ayxan Hüseynov: “Berdıyev komandanın yalnız irəli getməsi üçün çalışır”

“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “Şamaxı” ilə heç-heçə oynadınız. Qolsuz bərabərliyi necə şərh edərdiniz?

- Çətin oyun idi. Bilirdik ki, Şamaxıya qarşı oyunlarımız həmişə çətin keçir. Budəfəki matç da istisna olmadı. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Oyun əsasən mərkəzdə keçirdi. Süni meydanda oynamaq işimizi daha da çətinləşdirirdi. Açığı, elə 0:0-lıq oyun idi.

- Qələbə qazanmağınız üçün nə çatışmadı?

- Daha çox irəlidə aqressiya çatmadı. Ön xətdə daha çox epizod yaratmalıyıq. İnanıram ki, növbəti oyunlarda bunların öhdəsindən gələcəyik.

- Qəbələ qazanacağı təqdirdə “Turan Tovuz” turnir cədvəlində üçüncü pilləyə yüksələcəkdi...

- Bəli, rəqiblər yaxınlaşır. "Şamaxı" ilə matçda xal itirmək olmazdı. Təəssüf ki, istəyimiz alınmadı.

- İlk üçlükdən kənarda qalmaq üzərinizdə basqı yaratmır?

- Xeyr. Nəzərə almaq lazımdır ki, avrokuboklar uğrunda mübarizədə rəqiblərimiz olan "Zirə" də, "Sumqayıt" da, "Neftçi" də, "Araz-Naxçıvan" da  yaxşı komandalardır. Digər tərəfdən isə üçüncü olmaq istəyirsənsə, belə oyunlarda xal itirməməlisən.

- Növbəti turda üçüncü pillədəki “Zirə” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- "Zirə" ilə oyunlar həmişə çətin olur. Hər iki komanda yaxşı mübarizə aparır. Budəfəki matç maraqlı olacaq, buna əminəm.

- Bəzən “Turan Tovuz”u cansıxıcı futbol oynamaqda ittiham edirlər. Bu fikirlə nə dərəcədə razısınız?

- Elə fikirləşmirəm. Hamı istəyir ki,  "Qarabağ" kimi oynayaq. Lakin elə, yəni qısa ötürmələrlə, texnikalı oynamaq hər komandanın tərzi deyil. Hər kollektivin öz üslubu var. Bizim də yaxşı oyunlarımız olub.

- Kurban Berdıyevin işi də birmənalı qarşılanmır. Mütəxəssisə yönələn tənqidləri haqlı, yoxsa haqsız sayırsınız?

- Hər insan fikrini bildirir. Biz buna nə deyə bilərik? Berdıyev çox təcrübəli mütəxəssisdir. Çalışırıq Berdiyevin təcrübəsindən yararlanaq. O da komandanın yalnız irəli getməsi üçün çalışır. Onun futbolçularla da münasibəti əladır. Kollektivin daxilində hər şey əladır.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31