4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

Elvin Cəfərquliyev: “Bizi “Nyukasl”a qarşı çox ağır oyun gözləyir”

“Vacib qələbə qazandıq. Komanda yoldaşlarımı təbrik edirəm. Həm meydançanın vəziyyəti, həm də hava şəraiti bizə çətinlik yaradırdı. Buna baxmayaraq, qalib gəldik və yolumuza davam edirik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə “İmişli”ni məğlub etdikləri oyun (1:0) barədə danışarkən deyib.

O, Qubada keçirilən matçda yerli azarkeşlərin “Qarabağ”a daha çox dəstək olmasının xoş olduğunu bildirib: “Stadiona xeyli sayda azarkeş toplaşmışdı. Bu da çox xoş idi. Azarkeşlərə təşəkkür edirəm. Nə yaxşı ki, bizi Qubada da sevənlər var”.

26 yaşlı müdafiəçi 2 gün sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək görüşdən də söz açıb: “Oyuna çox ciddi hazırlaşırıq. Məlum məsələdir ki, bizi çox ağır oyun gözləyir. Çox güclü komanda ilə qarşılaşacağıq. “Nyukasl”ın gücü hər kəsə məlumdur. Bununla belə, əlimizdən gələni edəcəyik. Şansımız varsa, maksimum dərəcədə dəyərləndirməyə çalışacağıq”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31