5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Qarabağ" braziliyalı futbolçusunu “Botafoqo”ya satmadı

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun "Botafoqo"ya transferi alınmayıb.

Futbolxeber.az saytının ESPN nəşrinə istinadən verdiyi məlumata görə, Braziliya klubu Ağdam təmsilçisinə iki rəsmi təklif göndərsə də, danışıqlar uğursuz alınıb.

Xəbərdə qeyd olunub ki, "Botafoqo" artıq Bikalyonu transfer gündəmindən çıxarıb.

Həmçinin, "Botafoqo"nun "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi, hazırda Macarıstanın "Ferentsvaroş" klubunda oynayan Julio Romaonun da transferindən vaz keçdiyi bildirilib. Onunla da danışıqların müsbət nətiəcələnmədiyi vurğulanıb.

Qeyd edək ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31