Ölkə futbolu
Ayxan Abbasov: “Çoxdandır ki, millidə bu ruh görünmürdü”
Azərbaycan millisinin məşqçisi Ayxan Abbasov DÇ-2026-nın D qrupunun 2-ci turunda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:
“Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter cəhətdən mübarizə aparmalı olduğumuzu dedim. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə, kömək edən elə o dəstək oldu. Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istəmişdi. Amma Xaybulayev zədələndi deyə, Elvini meydanda saxladıq. Ona olan dəstək, gümrah olduğu vaxtda etmədiyi qaçışları etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə, bu istək, qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum var idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybulayevin gəlişi ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli, edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf etsin”.
- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiniz?
- Bir gündə çox şeyi dəyişə bilmərik. Vaxtımız da yox idi məşq etməyə. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məşq etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik.
- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, orda idi? Bir əldə iki qarpız tutmaq mümkün oldu...
- U-21 yığmamıza görə sevinirəm. Portuqaliyada hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadıq, düz olmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşün 65-ci dəqiqəyə qədər izləyirdim oyunu. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi, onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam... Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik.
- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiniz?
- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa TOP komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər.
- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiniz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?
- Bazaya girəndə, görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.
- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?
- Mahirlə Renat taktiki baxımından pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.
- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?
- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qurtardı, bu qolu vurdu (gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla yoxsa, Rüstəmlə başlayaq. Toral iki mövqedə oynaya bilir.
- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiniz?
- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq. 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.
- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?
- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq... Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.
- 3 yerdə işləmək çətin deyil ki?
- Dünəndən yaxşı mövzuya çevrilib (gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.
- Millidə heç vaxt oynamamısınız. Hansı hissləri keçirdiniz?
- U-21-də uşaqlarla söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir.
- Hər zaman deyirdik ki, gah problem futbolçulardadır, gah xarici məşqçilərdə. Sizcə, həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?
- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Deyərlər ki, bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxtı geniş cavab vermək olar. Əcnəbi məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
04.10.2026
03.10.2026
02.10.2026
























