Ölkə futbolu
Qurban Qurbanov: “Hücum xəttindən razıyam, sadəcə...”
“Matça pis hazırlaşmadıq. Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. “Şelburn” məğlub olmağı sevməyən rəqibdir. İstəyirik ki, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
Mütəxəssis növbəti mərhələdə potensial rəqibləri olan FKSB-nin prezidenti Cici Bekalinin "Qarabağ"a söz atmasına cavab vermək istəməyib: “Mənim xarakterimi bilirsiniz. Bizim hələ cavab oyunumuz var. Bütün diqqətimiz sabahkı matçdadır. Atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk”.
Qurbanov zədəlilərin son durumuna belə aydınlıq gətirib: “Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla, olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah "23-lüy"ə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq. Son vaxtlar dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir”.
O, “Qarabağ”dan heç kimin FSKB-nin "Şkendiya" ilə oyununa yollanmayacağını söyləyib: “İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun”.
“Qarabağ”ın çalışdırıcısı ən çox hücum mövqeyinə oyunçu axtardıqlarını vurğulayıb: “Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə işimizi daha da sığortalamaq istəyirəm”.
Q.Qurbanov "Qarabağ" əsas qapıçısı anlayışının olmaması fikrinə belə münasibət bildirib: “Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçıların hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik”.
Mütəxəssis “Dinamo” azarkeşlərinin Sami Mmaenin keçidinə istehza etmələri barədə də danışıb: “Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlir deyə onu dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur”.
“Redon Cica böyük ümidlərlə "Qarabağ"a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?” sualını Qurban Qurbanov belə cavablandırıb: “Cica çox yaxşı hücumçudur. Digər tərəfdən Juninyonun gəlişi, sonradan Nərimanın inkişaf etməsi... İstər-istəməz Cicaya daha az şans verdik. Çempionatımızda limit məsələsi var idi. Bu da mane olurdu. Amma Cicadan daha artığını əldə etdik. Çempionlar Liqasının təsnifat mərhələsində qollar vurmuşdu. Bunun sayəsində Avropa Liqasının qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı matçlarda bizim üçün faydalı idi. İnanın ki, Cica kimisinin olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynamağı. Qol vurmaq qabiliyyəti var, yaxşı insandır, yaxşı idmançıdır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
04.10.2026
03.10.2026
02.10.2026
























