Ölkə futbolu
Hədəflər ayrıdırsa... - QEYD
Yoxlama oyununda “Kəpəz”in “Şamaxı”ya 1:6 hesabı ilə uduzması geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə gəncəli azarkeşlərin bir qismi yenilgiyə görə baş məşqçi Adil Şükürovu hədəf seçib. Bəli, bu cür məğlubiyyət heç kimə xoş deyil. Lakin birincisi, adından da göründüyü kimi, bu, yoxlama oyunudur. Bu cür matçlar məhz səhvləri, çatışmazlıqları görmək üçündür. Sabah çempionatda “Kəpəz” “Şamaxı”nı 6 yox, 1 qolla belə üstələsə, bu məğlubiyyət heç kimin yadına düşməyəcək. Adil Şükürov daha əvvəl “Kəpəz”də nəyə qadir olduğunu göstərib. İmkan verilsə, normal şərait yaradılsa, növbəti mövsümdə də komanda onun rəhbərliyi altında lazımi nəticəni əldə edəcək.
İkincisi, hazırda “Kəpəz”də aşkar oyunçu çatışmazlığı var. Yay fasiləsində komandanı 14 nəfər tərk edib. Onların əvəzində isə cəmi 5 transfer reallaşdırılıb. Maraq üçün qeyd edək ki, yoxlama oyununda “Kəpəz”i top atəşinə tutan “Şamaxı” yayda 8 futbolçu ilə güclənib. Odur ki, Gəncə təmsilçisi gedənlərin yerini doldurmaq üçün minimum 7-8 yeni transferlə güclənməlidir. Əks halda bu cür ağır məğlubiyyətlər çempionatda da yaşana bilər.
“Kəpəz” azarkeşləri bir məsələdə haqlıdırlar ki, komanda gecikir. Yeni mövsümün startına cəmi 17 gün qalıb. Futbolçuların gəlişi, komandaya uyğunlaşması, optimal formaya düşməsi, adaptasiya prosesini keçməsi və s. bütün bunlar vaxt aparacaq. “Kəpəz” rəhbərliyi yaxşı olar ki, bütün bunları nəzərə alsın.
Gəncə klubunun rəhbərliyinin isə başı hazırda struktur dəyişikliyinə qarışıb. Bu günlərdə klubdan verilən açıqlamada qeyd olundu ki, İdarə Heyətinin sədri Namiq Qədirov klubdan ayrılıb. Onun əvəzinə Adil Vəliyev İdarə Heyətinə rəhbərlik edəcək. Maraqlıdır, Gəncə klubunda qısa müddətdə nə baş verdi ki, 2-3 ay ərzində İdarə Heyətinin sədri yenidən dəyişdi? Əslində, çox şey baş verib.
Daha əvvəl də qeyd etmişik, “Kəpəz”də son illər idarəçilik baxımından çox ciddi problemlər olub. Yeni rəhbərlik uğur qazanmaq istəyirsə, ilk növbədə klubu yox, öz mənafeyini düşünən kadrlardan da qurtulmalıdır. Təkcə İlqar Nadirini göndərməklə vəziyyət düzələn deyil. Bir klubda daxili toplantıdan 3 dəqiqə sonra mətbuat iclasda yaşananlardan nöqtə-vergülünə qədər xəbər tutursa, deməli, vəziyyət arzuolunan deyil. Təbii ki, həmin şəxslər Adil Şükürova da, başqalarına da işləməyə imkan verməyəcəklər. Odur ki, uğur qazanmaq üçün “Kəpəz” həmin kadrlardan qurtulmalı, eləcə də baş məşqçi və rəhbərlik eyni məqsəd üçün çalışmalıdır. Hədəflər ayrıdırsa, çətin ki, “Kəpəz” ağ günə çıxa...
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
19.11.2026
18.11.2026
17.11.2026
























