Ölkə futbolu
Həyəcan, qorxu, yoxsa paxıllıq?
Sakitlik hökm sürdüyü Azərbaycan futbolu dünən bir xəbərlə yerindən oynadı. AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, son illər FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru postunu tutan Elxan Məmmədov yeni vəzifəyə təyinat aldı. Belə ki, noyabrın 1-dən etibarən E.Məmmədov FİFA-da Üzv Assosiasiyaların direktoru postunu tutacaq. Bir azərbaycanlının, həmyerlimizin FİFA kimi mötəbər qurumda, daha da yüksək vəzifəyə irəli çəkilməsi futbolumuz, ölkəmiz adına böyük uğurdur. Lakin təəssüf ki, təyinatın açıqlanmasından sonra bəzi reaksiyalar heç də xoş deyil. Azarkeş hər zaman fikrini ifadə etməkdə sərbəstdir. Amma heç kim inciməsin, bu təyinatın yanında rüşvət kəlməsini işlətmək absurddur...
SOCAR-ın pulları belə gəldi, rüşvət elə getdi. Guya bu günə qədər güləş, yaxud cüdo federasiyası beynəlxalq qurumlara az sponsorluq edib? Yaxud İnfantinonun pulu qurtarıb ki, rüşvətə ehtiyac duysun? Rüşvətlə olsaydı, bu cür yüksək vəzifə pulu konfet kağızı əvəzinə xərcləyən ərəblərdən birinə tapşırılardı, azərbaycanlıya yox.
Kim nə deyir desin, bu gün bir azərbaycanlının FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilməsi ölkəmizin adına uğurdur. Gerisi təfərrüat...
Futbol adamlarını başa düşmək olar. Kimisi həyəcanlanır, kimisə qorxur. Kimisi də Elxan Məmmədovu “satdığı” üçün bəlkə də dünəndən gözünə yuxu getmir. Hər halda anlaşılandır. Çünki loru dildə desək, AFFA belə dolayısı ilə bu gün FİFA-da Üzv Assosiasiyaların direktoruna, yəni Elxan Məmmədova tabedir... Burda deyirlər e, həyatdı da Zaur...
Dünənki təyinat həm də Elxan Məmmədovu gözü götürməyənlər, “o, AFFA prezidenti olmaq istəyir”, “müqaviləsi başa çatan kimi FİFA-dan göndəriləcək” deyənlərin/yazanların/iddia edənlərin arzularını/xəyallarını puç etdi.
FİFA-nın baş katibi Mattias Qrafströmün “Elxan Məmmədov irəli çəkilməyə tamamilə layiqdir. O, ardıcıl olaraq liderlik, yaradıcılıq və bütün dünyada futbolun inkişafına dərin bağlılıq nümayiş etdirib. Biz onun bu yeni vəzifədə uğurlarının davamını gözləyirik” açıqlaması isə həmin şəxslərin yaralarına lap duz səpdi... Gör indi sabah Elxan Məmmədov FİFA-nın baş katibi, yaxud prezidenti seçilsə, nələr olar... Niyə də yox?!
Bir də ki, FİFA-nın baş katibinin açıqlaması havayıdan deyilməyib. Elxan Məmmədov AFFA-da işlədiyi müddətdə də sırf öz sahəsinə aid işlərdə uğurlu olub. Qızlar arasında U-17-lərin dünya çempionatı, oğlanlar arasında U-17-lərin Avropa çempionatı, Avroliqanın finalı, Avro-2020-nin üç qrup və bir 1/4 final oyunu - ölkəmizdə keçirilən bütün bu mötəbər yarışlar Məmmədovun beynəlxalq qurumlarda qurduğu uğurlu əməkdaşlığın nəticəsi idi...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- Kipr - Monteneqro matçında 5 qol
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimizin qələbəsi
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
19.11.2026
18.11.2026
17.11.2026
























