14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də

Ölkə futbolu

"Qarabağ" akademiyasının nümayəndələri Zaqrebdə görüşlər keçiriblər

"Qarabağ" klubunun akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev "Dinamo" (Xorvatiya) ilə oyundan öncə Zaqrebdə meydan sahibi klubdan olan həmkarları ilə görüşlər keçiriblər.
 
Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, "Dinamo" akademiyasının direktoru İvo Miliç, U-15 və U-19 komandalarının koordinatoru Mariyan Çayiç, fiziki hazırlıq üzrə departamentin rəhbəri Frano Leko və məlumat bazasının idarəçisi Antonio Şişiçin iştirakı ilə keçirilən görüşdə akademiyaların strukturu, fəlsəfəsi, oyun tərzi, prinsipləri haqqında müzakirələr aparılıb.
 
Zaqreb "Dinamo"sunun son illərdə yetişdirdiyi futbolçuların keçdiyi yol, klubun həmin futbolçulara verdiyi dəstək, çatışmayan cəhətlərinin inkişafı və sair barədə məlumat verən İvo Miliç daha sonra "köhlən atlar"ın nümayəndələrinə akademiyanın meydanları, inzibati binaları, istifadə edilən məlumat bazası, videotəhlil və başqa proqramlarla bağlı ətraflı məlumat verib.
 
Frano Leko ötən mövsümdən etibarən fiziki hazırlığa ciddi önəm verdiklərini və nəticəsini qısa müddətdə gördüklərini bildirib.
 
Sonda "Qarabağ" U-19 komandasının "Dinamo"nun təşkil etdiyi beynəlxalq turnirdə mümkün iştirakı müzakirə olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31