7 Yanvar 2026, Çərşənbə
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi

Ölkə futbolu

“Araz-Naxçıvan” Qəbələyə toplanışa yollanır

Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-də bir araya gələcək komanda üzvləri həmin gün Qəbələyə yollanacaq və ayın 11-dək məşqlərini orada davam etdirəcək.

Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə, hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31