Ölkə futbolu
Arif Əsədov Asəf Namazovun ittihamlarına cavab verdi: “Yəqin özü belə işlərlə məşğul olub ki...”
“Neftçi”nin sabiq baş məşqçisi Asəf Namazov milli komandamızın hazırkı məşqçisi, vaxtı ilə futbolçusu olmuş Arif Əsədova qarşı ittiham irəli sürüb.
Futbolxeber.az saytının məlumatına görə, “Futbol+” qəzetinə müsahibəsində Namazov 2000-ci ildə UEFA kubokunda (indiki Avroliqa - İ.C.) Sloveniya "HİT-Qoritsa"sına qarşı cavab matçında bəzi futbolçuların AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin tapşırığı ilə qəsdən zəif oynadıqlarını bildirib: “Fuad Musayev artıq işini görmüşdü. Mənim rəhbərlik etdiyim komanda heç bir halda mərhələ keçməməliydi. Ona görə də onun əlaltısı olan oyunçular “qara iş” görməliydi. Onlardan da biri hazırda millimizdə köməkçi məşçi olan Arif Əsədov idi. Bilərəkdən kobud səhv etdi və qapımızda 3-cü qolu gördük”.
Arif Əsədov Futbolxeber.az saytına müsahibəsində Asəf Namazovun ittihamlarına cavab verib. O bildirib ki, Sloveniyada keçirilən görüşdə meydanda ən yaxşılardan biri olub: “Mən istəməzdim dediklərinə cavab verim, onun səviyyəsinə enim. Amma digər tərəfdən də cavab verməsəm, elə bilər ki, o, düz deyir. Buna görə məcburam onun ittihamlarına cavab verməyə. Ümumiyyətlə, bu haqda xəbərim yox idi, indi sizdən eşidirəm. Əgər belə ittiham irəli sürübsə, mən belə cavab verə bilərəm ki, hər bir insan öz düşündüyü, öz elədiyi, öz bildiyi qədər başqasını ittiham edə bilər. Yəqin Asəf Namazov özü vaxtı ilə belə işlərlə məşğul olub ki, hansısa bir səhvə o nöqteyi-nəzərdən yanaşır. İkincisi də, istəyən şəxs həmin oyunun videoyazısına baxa bilər. Təvazökarlıqdan uzaq olsa da, həmin maçtda meydanda ən yaxşılardan biri mən idim, özü də komandanın kapitanı idim. Oyundan sonra mərhələ adlaya bilmədiyimiz üçün əsəbimdən ağlayırdım.
A.Əsədov qeyd edib ki, həmin vaxt “Neftçi” mərhələ adlasaydı, “Roma” ilə üz-üzə gələcəkdi: “Həmin oyunda biz mərhələ adlasaydıq, növbəti turda məşhur “Roma” klubuna rəqib olacaqdıq. O vaxta kimi Bakıya bu cür rəqib gəlməmişdi. Ona görə də, hamımızın arzusu idi ki, bu cür top komandanı Bakıya gətirək. Lakin təəssüf ki, 1:3 hesablı məğlubiyyət bu arzumuzun üzərindən xətt çəkdi”.
Sloveniyadakı matçda baş verənləri xatırlayan Əsədov keçmiş baş məşqçisinin səhv əvəzetmələrə yol verməsinə işarə edib: “Yaxşı olardı ki, Asəf Namazov həmin oyunda öz elədiyi dəyişikliklərə baxardı. Oyunu necə dəyişdiyini yada salardı. Məşqçi var ki, əvəzetmələrlə oyunu müsbətə doğru dəyişir, məşqçi də var ki, oyunu uduzdurur. Məni itiham etməkdənsə, yaxşı olardı ki, Asəf Namazov həmin görüşdəki etdiyi dəyişiklikləri xatırlasın”.
Millimizin məşqçisi bildirib ki, hər zaman təmiz adı uğrunda yaşayıb: “Özünüz futbol nəticələrimə baxın. Mən həyatda hər zaman birinci ad-sanı, imici düşünmüşəm və onun uğrunda mübarizə aparmışam. Mənim üçün qazanılan çempionluqlar, medallar, titullar bu gün ən xoş xatirə, sevinclə xatırladığım uğurlardı. Heç vaxt pulu düşünməmişəm”.
Əsədov bu məsələdə Fuad Musayevin adının hallanmasını ümumiyyətlə anlamadığını söyləyib: “Allah Fuad Musayevə rəhmət eləsin. Həmin vaxt Fuad Musayev “Neftçi”nin yox, federasiyanın prezidenti idi. Onun “Neftçi”yə nə aidiyyəti var?”
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
06.10.2026
05.10.2026
04.10.2026
03.10.2026
























