Ölkə futbolu
Baxşıyev: "Ümid Allahadır"
"Ağır oyun olacağını bilirdik. Çünki həm meydan sünidir, həm də rəqib müdafiəyəmeylli komandadır. Fərqli hissələr oynadıq. İlk yarıdakı hücumlarımız məni məmnun etdi. Amma ikinci hissədə mənasız qırmızı vərəqə ilə oyun ritmindən qopduq".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
O, görüşün baş hakimi İnqilab Məmmədovun idarəçiliyindən narazı qaldığını bildirib: "Artıq bizim üçün itiriləsi heç nə yoxdur. Çalışıb mövsümə layiqli yekun vuracağıq. Amma məşqçilər üçün oyunsonrası mətbuat konfransı hakimlər üçün də olsa, daha yaxşıdır. Kənarda 5 dəqiqədir gözləyən futbolçuya imkan vermir ki, oyuna girsin. Etirazım buna idi. Top meydandan çıxıb, oyunçuya imkan vermir. Səbəbini özlərindən başqa heç kim bilmir. Hakimlik barədə danışmaq istəmirəm. Gənc məşqçiyəm, komandanın oyunundan, inkişafından danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Futbolçuya oynamaq imkanı yaratmalısan. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldır, həm də oyunçunun mübarizədən qaçmasına səbəb olur. Bilir ki, mübarizəyə girsə, hakim oyunu saxlayacaq".
Baxşıyev komandasının avrokuboklar zonasından kənarda qalmasınının səbəbinə də toxunub: "Bu komandanın necə əziyyətlə formalaşdırdığımızı bilsəniz... Büdcə, kimlərin qalacağı bilinmirdi, heyət formalaşmamışdı. Bu baxımdan ilk dövrədə çətinliyimiz oldu. Mövsümün ortasında avrokubok zonasına yaxınlaşdıq. Xırda nüanslar olsa da, deməliyəm. Elə oyunlar olurdu ki, 5-6 futbolçumuz zədələnirdi. Əlimizdə geniş heyət olmadığından hər bir futbolçunun kənarda qalması oyunumuza təsir edir. Buna eniş də deməzdim. Özünüz də görürsünüz ki, bir hissədə 5-6 qol epizodu yaradırıq, sadəcə, tamamlamaqda çətinlik çəkirik".
Merab Giqaurinin ikinci sarı vərəqəni görərək, meydandan qovulması barədə danışan baş məşqçi daha əvvəlki analoji hərəkətinə onu cəzalandırdıqlarını xatırladıb: "Təcrübəli futbolçudur. Bunu hansısa gənc oyunçu etsəydi, o qədər də fikir verməzdik. Yenidən cəzalanması gözlənilir. Amma mənim gördüyüm qədərilə epizodların birində sarı yox idi. Ümumiyyətlə, hər epizodda sarı vərəqə göstərmək düzgün deyil".
"Qəbələ"nin növbəti mövsümdəki taleyi barədə də fikirlərini bölüşən Baxşıyev qeyri-müəyyənlik olduğunu söyləyib: "Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Qarşıda bizi nəyin gözlədiyini bilmirik. Biz də istərdik ki, büdcəmiz bilinsin. Mövsümün startına 15 gün qalmış oyunçu dəvət edirik. Onun adaptasiyası vaxt aparır. Bu baxımdan çətinlik çəkdik. Ümid Allahadır. Bütün futbolçuların müqaviləsi başa çatır. Heç kimlə danışıq aparmamışıq" ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
14:56
"Zirə" bunu üçüncü dəfə bacardı
-
14:31
Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək
-
14:18
Rəşad Sadıqov üçün yubiley
-
14:00
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
-
13:47
Dani Bolt “Qarabağ”dan getdi
-
13:22
Gəncədə 10 ilin azarkeş rekordu
-
12:55
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:34
“Sabah” “Zenit”in futbolçusu ilə güclənir
-
12:13
"Latsio" evdə sevindi VİDEO
-
11:49
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
-
11:26
Hakan Çalhanoğlu "İnter"ə qələbə qazandırdı VİDEO
-
11:08
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:51
"Fənərbaxğa" Samsundan 3 xalla qayıtdı VİDEO
-
10:30
“Zirə”nin kapitanı: “3 qələbədən sonra çempionluq barədə düşünmək düz olmaz”
-
10:17
"Napoli" öz meydanında uduzdu VİDEO
-
10:02
Azərbaycan cüdoçuları Polşadakı turnirdə 7 medal qazanıblar
-
09:45
"Mançester Yunayted"dən 5 qollu qələbə VİDEO
-
09:34
Azərbaycan Premyer Liqasında III tura yekun vurulur
-
23:22
"Zirə"nin qələbəsi VİDEO
-
22:57
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:41
Yuri Vernidub: “Ruhdan düşmək lazım deyil”
-
22:09
“Zirə” “Neftçi”ni məğlub etdi
-
21:53
“Düşünmüşdüm ki, biz “Turan Tovuz”a necə qol vuraq?
-
21:00
Qərb derbisində tək qol VİDEO
-
20:38
Kurban Berdıyev: “Rəqib 1 epizod yaratdı və qol vurdu”
-
18:56
Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi
-
18:15
Emiliano Martines "Çelsi"yə keçdi
-
17:04
Azərbaycanın deflimpiyaçı cüdoçusu İsveçrədə gümüş medal qazanıb
-
15:47
Gəncə stadionu böyük avrokubok oyunlarını da qəbul edə biləcək
-
14:39
Rüfət İsraildə növbəti qolunu vurdu
-
13:52
Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
-
13:21
Emil Balayev azarkeşlərin suallarını cavablandırdı: “Neftçi"yə olan sevgi əbədidir” VİDEO
-
13:00
Dieqo Rosa rəsmən “Qarabağ”da
-
12:43
“Sumqayıt”ın Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb FOTOLENT
-
12:18
"Borussiya"nın qələbəsi VİDEO
-
11:56
1 Seyxana dəyməyən 27 legioner
-
11:35
Vüsal oynadı, komandası qalib gəldi
-
11:07
"Yuventus" "Parma"nı məğlub etdi VİDEO
-
10:44
Toral ehtiyatda qaldı, “Bursaspor”dan qələbə
-
10:29
"Bayer Leverkuzen"dən gözlənilməz məğlubiyyət VİDEO
-
10:12
UEFA Azərbaycan və Ermənistan çempionlarının bir qrupda yer almasına imkan vermədi
-
09:51
"Qalatasaray" - "Göztepe" matçında 5 qol VİDEO
-
23:33
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
22:06
"Şəfa" öz meydanında uduzdu
-
21:28
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
-
20:55
“Kəpəz”də yeni təyinat
-
19:44
Coşqun Əliyev "Masters Top 18"in qalibi olub
-
14:32
"Turan"ın məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
-
14:11
“Beşiktaş” “Yuventus”un futbolçusunu icarəyə götürdü
-
13:57
“Qarabağ” - “Tvente” oyunu azarkeş sayında üçüncü oldu
31.08.2026
30.08.2026
29.08.2026
























