5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Ruslan Qurbanovla “Sumqayıt”dan yubiley

Topaz Premyer Liqasının 7-ci turunun “Səbail” - “Sumqayıt” matçında (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.
 
Hücumçu buna özünün 170-ci oyununda imza atıb. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.
 
Bu top “Sumqayıt”ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31