Ölkə futbolu
TPL təmsilçilərinin heyətlə bağlı qayğıları: Kimlər ilk turu buraxacaq?
Sabah 2 aylıq fasilədən sonra Topaz Premyer Liqasında (TPL) XV tura start veriləcək. Futbolxeber.az saytının verdiyi məlumata görə, qış hazırlığını Antalyada keçirən komandalar oyun saatını gözləyirlər.
Bəs, görəsən, TPL təmsilçiləri qış fasiləsindən sonra ilk tura hansı itkilərlə çıxmalı olacaq? Bununla bağlı araşdırmamızda heyətlərdəki zədəli, cəzalı futbolçuları öyrəndik.
Turun mərkəzi matçında lider "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni qəbul edəcək. Rəqibini 6 xal qabaqlayan "köhlən atlar" qələbə müqabilində fərqi 9-a qaldırıb intriqanı öldürə bilərlər. Amma bu, "Qarabağ"a heç də asan başa gəlməyəcək. Mövsümlərarası fasilədə komandanın əsas "qol silahı" Dino Ndlovu Çinə transfer olundu. Üstəlik, zədə səbəbindən Migel Madera, Əfran İsmayılov, Bədavi Hüseynov və Qara Qarayev də matçı buraxmalı olacaq. Onların hər birinin zədə problemi var. "Qəbələ"nin heyətində isə heç bir itki yoxdu. Xeyli vaxt zədədən əziyyət çəkən hollandiyalı yarımmüdafiəçi Dion Malone ilə xəstəliyini sağaldan kapitan Cavid Hüseynov meydana çıxmağa hazırdırlar. Bu isə o deməkdi ki, "qırmızı-qaralar" matça optimal heyətlə hazırlaşır. Matçın start fiti fevralın 10-u saat 19:00-da veriləcək.
Sabahkı digər oyunda 3-cü pillənin sahibi "Zirə" də turnir cədvəlində qonşusu "Sumqayıt"ı qəbul edəcək. Qəsəbə təmsilçisi qələbə müqabilində, "Qarabağ" isə uduzmayacağı halda 2-ci pilləni özünə qaytara bilər. Ancaq zirəlilərin bu matçda xeyli itkiləri mövcuddu. Belə ki, baş məşqçi Ayxan Abbasov birdən-birə 2 hücumçunun - qanalı Riçard Qadze ilə Vüsal İsgəndərlinin xidmətindən məhrum olub. Onların hər ikisi vərəqə limitini aşdığından cəzalıdı. Qapıçı Anar Nəzirovla kamerunlu müdafiəçi Jozef Boum II zədə səbəbindən "Sumqayıt"a qarşı meydanda olmayacaq. Samir Abbasovun başçılıq etdiyi "Sumqayıt"da isə yeganə itki "Keşlə"dən transfer edilən Elnur Abdullayevin adı ilə bağlıdı. Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən matçı buraxacaq. "Zirə" - "Sumqayıt" oyunu saat 16:00-da start götürəcək.
Premyer Liqada qalmaq uğrunda uğrunda mübarizə aparan "Keşlə" ilə "Səbail" "İnter Arena"da qarşılaşacaq. Rəqibindən 5 xal geri qalmaqla 7-ci pillədə qərarlaşan "Keşlə"nin qələbədən başqa yolu yoxdu. "Səbail"lə matç həmçinin meydan sahiblərinin ukraynalı çalışdırıcısı Yuri Maksimovun debütü ilə əlamətdar olacaq. İtkilərə gəlincə, Maksimovun debütünü gənc yarımmüdafiəçi Aqşin Quluzadə zədə səbəbindən kənarda izləməli olacaq. "Səbail"də isə qış hazırlığında zədələnən kapitan Eltun Yaqubluyla yarımmüdafiəçi Murad Ağayev heyətdən kənarda qalıb. Matç fevralın 11-də saat 15:00-da keçiriləcək.
Antalyada hazırlıq matçlarında 1:8 hesablı biabırçı məğlubiyyətlərlə yadda qalan 2 komanda - "Neftçi" və "Kəpəz" üz-üzə gələcək. Autsayderi məğlub etməyə çalışacaq "ağ-qaralar"ın heyətində gənc futbolçular - müdafiəçi Ömər Bədəlovla yarımmüdafiəçi Elnur Cəfərov zədə ucbatından gəncəlilərə qarşı meydanda olmayacaqlar. Elnur Süleymanovla yeni transfer Lukas Qomezin oynayıb-oynamayacağı matç saatında bilinəcək. Mövsümlərarası fasilədə bir neçə yeni futbolçunun heyətinə qatan "Kəpəz"də isə itkilər 2 futbolçudan ibarətdi. Qış transferi olan Murad Səttarlı zədəlidirsə, braziliyalı müdafiəçi Dedimar Ferreyra da cəza səbəbindən "Neftçi"yə qarşı oynamayacaq. Matç fevralın 11-i saat 17:30-da başlayacaq.
sport24.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























