Ölkə futbolu
"AZAL-da maaş probemi yoxdur"
AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov sədri olduğu AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
- İclasda hansı məsələlər müzakirə olundu?
- Gündəlikdə bir neçə məsələlər vardı. Bu gün çox səmərəli bir yığıncaq oldu. 3-4 məsələdən danışdıq. Texniki departamendin nümayəndəsi Osman müəllim də iclasda iştirak edirdi. Bir məsələ vardı. Məşqçi kursları ilə bağlı. Klubların təklifi vardı ki, hər klubdan 2-3 nəfər A, B və C kateqoriyalı məşqçi kurslarında olsun. Bunu müzakirə etdik. İkinci məsələ uşaq futbolunda komandaların rəsmilərinin, məşqçilərinin hakimlərə qarşı problemlərinin olmasıdır. Məsələn, U-15, U-16-da oyunda, oyundan sonra hakimlərlə kobud davranmaqları düzgün deyil. Biz də bu məsələni müzakirə etdik. Mənə elə gəlir ki, bundan sonra belə hal təkrar olunmayacaq. Əsas məsələlərdən biri də meydança ilə bağlıdır. "Qarabağ", "Qəbələ" və digər klublar süni örtüklü meydançalarda, Gəncə şəhər stadionunda oynamağın qeyri-mümkün olduğunu bildirdilər. Elə hala gəlib ki, klub rəsmiləri gələn ildən bu cür örtüklərdə oynamaq istəmədiklərini bildirdi. Yazılı surətdə İcraiyyə Komitəsinə müraciət etdik ki, tez zamanda onlar səliqəyə düşsün. Bu gün komandanın əsası meydançadır. O olmasa oynamaq olmaz. Buna yüksək səviyyədə nəzarət lazımdır. 2-3 klubun meydançası dəyişdirilməlidir. Elitada əksər klubların meydançaları bu şəraitdədirsə, diviziondan gələnin meydançası necə olacaq? Rəsmi şəkildə İK-ya bu məsələni göndərdik. Hər bir klub nümayəndəsi də öz münasibətini bildirəcək.
- Bu iclas cari il üçün sonuncu idi?
- Xeyr, bir də dekabrda olacaq. Həmin iclada seçkilər olacaq. Ya bir, ya da 2 iclasımız olacaq. Klublar Komitəsinin təklifi vardı ki, əsasnaməyə görə,1 komanda elitadan gedir, diviziondan 3 komanda gəlir. İclasda səsə qoyduq ki, bunu dəyişdirək və başqa cür edək. Hər bir klub da bunu qəbul etdi.
- Necə olmasını istəyirsiniz?
- Aşağı dəstədə ilk 2 yeri tutanlar birbaşa Premyer Liqaya yüksəlsin. Amma 3-cü yeri tutan komanda ilə elitanın sonuncusu iki oyundan ibarət pley-off oynasın və qalib Premyer Liqada çıxış etsin.
- Yəqin ki, bu AZAL-ın sonuncu pillə ilə barışması ilə bağlıdır?
- Xeyr. Bu gün o qədər də fərq yoxdur və AZAL klubu pis futbol oynamır. Bəli, sonuncu pillədəyik. Bu gün hər bir komanda, ən azından 3-4 komanda bununla razılaşa bilər. Ola bilsin ki, qışda 3-4 oyunçu ilə güclənək. Bu təklif ümumidir. Sözün düzü Klublar Komitəsində hamı bununla razılaşdı. Əsas məsələ nədir? İnfrastruktur, lisenziyalaşdırma. Hər bir klub bunu keçə bilmir. Meyarlar var ki, onu hər bir klub edə bilmir. Məsələn, uşaq futbolu, maliyyə.. "Sumqayıt", bizim və digər klubların infrastrukturu var. Sabah diviziondan gələn klubun infrastrukturu necə olacaq, bilinmir.
- Bu, divizionda ilk 3-lüyü tutmuş komandalara haqsızlıq olmayacaq?
- Xeyr. Əgər birinci, ikinci yerin sahibləri ilə pley-off oynanılsa, o zaman haqsızlıq olar. Onlar birbaşa elitaya çıxırlar.
- Məsələn, elə komanda var ki, hazırda 3-cü yerlə elitaya yüksələcəyini bilir. Amma mövsümün ortasında qərar dəyişir...
- Premyer Liqada 8 klub oynayır. Bu gün Rusiya çempionatında da eyni sistemdir.
- Amma mövsümün əvvəlində olsa, daha yaxşı idi...
- Təbii ki. Biz elə bildik ki, əvvəl 10 komanda olacaq. Sonra 8 komanda oldu. Əlbəttə 8 komandalı çempionatda bu mövcuddur. Amma 10 olsa, sözsüz ki, sonuncu yer diviziona getməli idi. Yenə deyirəm, mən bunu AZAL-a görə yox, Azərbaycan futboluna, meydançalara, infrastruktura görə deyirəm. Bu, reallıqdır. Əgər birinci, ikinci yer pley-off oynasa haqsızlıq olardı. Bu düzgün olmaz.
- AZAL-ın meydançası da yaxşı vəziyyətdə deyil və cari mövsümdə klublar şikayət eliyir. Dəyişiklik nəzərdə tutulub?
- Olmalıdır. Biz bir neçə stadionu müzakirə etdik. AZAL-ın, "Zirə"nin, "İnter"in, "Kəpəz"in... "Qəbələ"nin iki oyunçusu bu meydançalarda zədələndi. Mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bir neçə yarışı "AZAL Arena"da olacaq. Ağır atletika və digərləri. Bununla bağlı bizim stadionumuzda dəyişiklik olacaq. Hətta mən təklif etmişdim ki, bu olmasa da stadionumuzda dəyişiklik olsun. Bu məsələnin üstündə durmalıyıq. Bu cür meydançalarda oynamaq qeyri-mümkündür. UEFA qarşısında öhdəliklərimiz düzgün gedir, iki klubumuz qrup mərhələsindədir, milli komandamız uğurla çıxış edir. Sabah AVRO-2020 gələndə bu cür meydançalar düz alınmır.
- Bir neçə aydır AZAL-da futbolçularının maaşları ödənilmir. Klubun ayaqda qalıb-qalmaması sual altındadır. Hətta xəbərlər dolaşır ki, Azərbaycan Hava Yolları kluba sponsorluqdan imtina edir...
- Bu, düzgün məsələ deyil. Maaşlar vaxtında ödənilir. Ayın 1-i maaş verməliyiksə, 29-u veririk, 2-3 gün əvvəl. Klubun kiminsə balansına keçməsi, dəyişdirilməsi də gündəmdə deyil. Bir klub rəsmisi kimi bunu deyirəm. İki il əvvəl bütün strategiyamızı dəyişdik. Bu strategiya maaşa qədər davam edəcək. Dedik büdcəmiz budur və bu qədər maaş veririk. Futbolçularla da, məşqçi ilə də bunu danışdıq. Onlar da razılaşdılar. Məsələn, 500 manat, 800 manat, 50 manat, dedik baxın, budu. Onlar da razılaşıb qol çəkdilər.
- Bəs maydan necə olacaq?
- Martda bu məsələ rəhbərliklə müzakirə olunacaq. Hər şey yaxşı olsa, Premyer Liqada qalsaq, gələn il üçün büdcənin artmasına da ümid var.
- 19 yaşlılardan ibarət komandanız son turda səfər getməyib və texniki məğlubiyyət alıb...
- Bu, texniki - avtobusla bağlı olan məsələdir. Sabah nəsə problem olanda deyirlər pulla bağlıdır. Amma belə deyil. O, 400, 500, 600 manata görə düz olmaz.
- Son turda "Qəbələ" ilə oyunda Tərlan Əhmədov və Roman Qriqorçuk arasında qalmaqal yaşandı. Buna münasibətiniz necədir? Baş məşqçinizlə bu barədə danışdınız?
- Biz Tərlan müəllimlə danışdıq, onunla münasibətlərimiz yaxşıdır. İnanırıq və ciddi insan kimi tanıyırıq. O ki, qaldı "Qəbələ" ilə oyunda baş verənlərə, həmin oyunda Fariz Nəcəfovla bir yerdə əyləşmişdik. Qriqorçuk bir az emosional idi. Tərlan müəllim də sakitləşdirməyə çalışırdı. Hər bir insanda emosionallıq olur. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Bu futboldur, hər bir şey olur.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
26.09.2026
25.09.2026
24.09.2026
























