5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Poqba “Monako”ya lazım olmadı

Fransa millisinin sabiq futbolçusu Pol Poqba ilə “Monako” arasındakı müqaviləyə xitam verilib.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra “Monako”ya azad agent kimi keçmişdi. Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.

Lakin Poqba zədələr səbəbindən Fransa klubunda cəmi 6 oyunda meydana çıxıb. O, bu matçlarda ümumilikdə 115 dəqiqə oynayıb. Avqustun əvvəlində futbolçu komandanın İngiltərədəki təlim-məşq toplanışında yenidən zədələnib.

“Monako”nun yaydığı açıqlamada bildirilib ki, tərəflər yeni mövsümün ilk rəsmi oyunundan əvvəl müqaviləyə xitam vermək barədə razılığa gəliblər.

Poqbanın bundan sonra karyerasını davam etdirib-etdirməyəcəyi isə hələlik məlum deyil.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31