5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

ÇSKA “Qarabağ”dan 2 milyon avro tələb edir

“Qarabağ”ın maraq göstərdiyi Sofiya ÇSKA-sının yarımmüdafiəçisi Ceyms Eto’o ilə bağlı yeni məlumat yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bolqarıstanın “Tema Sport” nəşri yazıb. Nəşrin yazdığına görə, ÇSKA kamerunlu futbolçunun transferindən ən azı 2 milyon avro qazanmaq istəyir.

Bildirilir ki, Sofiya klubu “Qarabağ”dan daha yüksək məbləğ də tələb edə bilər. ÇSKA-nın danışıqlarda mövqeyini gücləndirən əsas amil Eto’o ilə müqavilənin əvvəlcədən 2028/29 mövsümünün sonunadək uzadılmasıdır.

Qeyd edək ki, ÇSKA bu mövsüm Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Hər iki görüş 0:0 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bolqarıstan təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. Həlledici penaltini məhz Ceyms Eto’o dəqiq yerinə yetirib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31