3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

MOK rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) Albaniyanın paytaxtı Tiranada keçirilmiş 13-cü Baş Assambleyasında iştirak ediblər.

Futbolxeber.az saytının məlumatına görə, tədbirə MOK-un vitse-prezidenti, İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva və MOK-un xarici əlaqələr departamentinin direktoru Anar Bağırov qatılıblar.

Əvvəlcə İSSA-nın 41-ci İcraiyyə Şurasının iclası baş tutub. Ardınca İSSA-nın Baş Assambleyasının iclası öz işinə başlayıb.

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.

Daha sonra 2025-ci ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarının tarixi və idman proqramı iştirakçılara təqdim olunub.

VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabrın 7-dən 21-dək 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya və 1 milli idman növü üzrə keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31