Futzal
“Avropada futzalla tanınmaq şansımız futboldan daha çoxdur” LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını təqdim edir. Bu dəfə uzun illər futbol üzrə milli komandamızın şəfərini qorumuş Ceyhun Sultanovla söhbətləşdik. Müsahib kimi Ceyhunu seçməyimiz səbəbsiz deyil. Çünki Sultanov karyerasının müəyyən hissəsini futzalda keçirib, ölkə çempionatının qızıl və gümüş medallarını qazanıb. Həmsöhbətimizlə həm o günləri xatırladıq, həm də futzalımızın bugünkü durumunu müzakirə etdik.
FUTBOLSUZLUĞUN FUTZALA FAYDASI
2001/02 mövsümündə futbol üzrə Azərbaycan çempionatı çərçivəsində keçirilən “Şəfa” - “Xəzər Universiteti” matçı böyük qalmaqalla başa çatmışdı. Belə ki, 2002-ci il aprelin 2-də keçirilən həmin görüşdəki insident çempionatımızın 2 il dayanmağı, ölkəmizdə 1 il futbolun keçirilməməyi ilə nəticələndi. Son saniyələrdə verilən penalti ciddi narazılığa səbəb olmuşdu. Belə ki, 90+5-ci dəqiqədə təyin edilən penaltiyə görə “Xəzər Universiteti” çempionatda oynamaqdan imtina etdi və bu, qalmaqalın əsasını qoydu. Çünki “universitet komandası”nın ardınca “Şəfa” istisna olmaqla, digər klublar da AFFA-nın bayrağı altında keçirilən yarışdan imtina etdilər. Bu, FİFA və UEFA-nın ölkəmizə 2 illik sanksiya verməyi ilə nəticələndi və klublarımız 2 il avrokuboklardan kənarda qaldılar.
Futbolumuzun belə bir cəzaya məruz qalması futzala faydalı oldu. Belə ki, işsiz qalan futbolçular “çörək pulu”nu çıxarmaq üçün futzala üz tutmağa məcbur oldular. Elə bugünkü qəhrəmanımızın da futzala gəlişi belə alınıb:
“Məhlələrarası oynayanda arada gedib futzalda gücümü sınayırdım. Amma bu, həvəskar səviyyədə idi. 2002-ci ildə futbol dağılandan sonra futzala keçdim. Sağ olsun, bunu mənə Esya xanım (həkim Esmira Ələkbərova nəzərdə tutulur-red.) təklif etdi. “Viləş”də çıxış edərkən İntertoto kubokunda zədələnmişdim. Əməliyyatdan sonra bərpa dövrü keçirdim. Üz tutdum futzala və “Tribut”la anlaşdıq”.
İLYARIMDA QAZANILAN 2 MEDAL
Futzal futbolun kiçik qardaşı hesab edilsə də, bu idman növləri arasında fərq kifayət qədərdi. Meydançanın kiçikliyi, oyunçu sayı, qaydaların fərqli olması - bunlar ciddi problem hesab olunmur. Əsas çətinlik odur ki, futzalda hərəkət daha çox tələb olunur. Üstəlik, texniki cəhətdən də güclü olmalısan. Futboldan fərqli olaraq, futzalda rəqibi keçmək üçün daha az məsafə olur. Lakin Ceyhun Sultanov futboldan futzala keçərkən ciddi problemlə üzləşməyib. Yeganə çatışmazlığı topla bağlı olub:
“Sözün açığı, futzal oynamaq mənim üçün elə də çətin deyildi. Çünki daha əvvəl də oynamışdım. Meydançanın daha kiçik olması, daha çox sürət tələb edilməsi və s. bunlar hər hansı çətinlik yaratmırdı. Yeganə problem topun ölçüsünün kiçik olması idi. Topa öyrəşmək bir qədər vaxt apardı. Əməliyyatdan sonra yavaş-yavaş oynamağa başladım. Düşünürəm ki, futzaldakı karyeram heç də pis alınmadı. İlyarım oynadım. Əvvəlcə gümüş medal qazandıq, növbəti mövsüm isə çempion olduq”.
“AZARKEŞLƏR DƏ FUTBOL ÜÇÜN DARIXMAMAQDAN ÖTRÜ FUTZALA GƏLİRDİLƏR”
Həmin dövrdə üzdə olan futbolçuların hamısı demək olar ki, futzala keçmişdilər. Bu da futzal üzrə ölkə çempionatında böyük marağın yaranmasına gətirib çıxarmışdı. Ən azı 3-4 komanda çempionluğa oynayırdı:
“Tribut”, “Gömrükçü”, “Turan Air” və digərləri çempionluq uğrunda mübarizə aparırdı. Eləcə də AMMK güclü komanda idi. Ümumiyyətlə, həmin dövrdə çempionatda zəif komanda yox idi. Maraqlı çempionat gedirdi. Bunda təbii ki, futbolçuların futzala keçməsinin rolu böyük idi. Eləcə də azarkeşlər də böyük maraq göstərirdilər. Onlar da futbol üçün darıxmamaqdan ötrü futzala gəlirdilər. Hər dəfə oyuna çıxanda zal dolu olurdu. Rəqabət var idi, çempionat ləzzət edirdi. “Tribut”da mənimlə yanaşı, Bəxtiyar Musayev, Mirbağır İsayev, Zaur Ramazanov kimi oyunçular çıxış edirdi”.
“FUTZALDA PUL VAR İDİ”
2004-cü ilə kimi Azərbaycan futbolunda böyük pulların olmadığı hər kəsə məlumdur. Yalnız 2004-cü ildə AFFA rəhbərliyində edilən dəyişiklikdən sonra futbolumuzda böyük pullar dövr etməyə başladı. 2000-ci illərin əvvəlində qəpik-quruşa futbol oynayanlar görəsən futzalda nə qazanırdılar?
“Futzalda pul var idi. “Podyomnı”da verirdilər, “Premiya” da alırdıq, bir sözlə yaxşı pul ödəyirdilər. Maddi baxımdan heç bir narazılığımız yox idi”.
Bu halda, Ceyhun Sultanov futzalda niyə qalmayıb?
“2003-cü ildən böyük futbol bərpa oldu. İstər-istəməz futbol üçün darıxırsan. Həm də pul heç vaxt mənim üçün birinci növbədə olmayıb. Futbol bərpa olunandan sonra futzaldakından daha az qazanca “Dinamo” ilə müqavilə imzaladım. Ardınca İranda legioner həyatı yaşadım”.
“İNDİ FUTZAL MARAQSIZDI”
Ötən mövsüm futzal üzrə ölkə çempionatında “Ceyhunspor” klubu çıxış edirdi. Çoxları bu komandanın məhz Ceyhun Sultanov tərəfindən yaradıldığını iddia edirdi. Biz həmin komandanın kimə məxsus olduğunu bilsək də, yaxşısı budur Ceyhunu dinləyək:
“Həmin komandanın mənim heç bir əlaqəsi olmayıb. Sadəcə 1-2 oyunlarına baxmışdım. İndi futzal maraqsızdı. Çünki cəmi 1 komanda var - o da “Araz”dı. Hansı ki bizi Avropadakı çıxışı ilə tanıdır. İstərdim ki, çempionatda güclü rəqabət olsun. Amma rəqabət yoxdu deyə futzala maraq azalıb. Bəlkə də futzalı ikinci plana keçiriblər, bilmirlər, lakin bizim futzalımız güclüdü. Bu sahəyə diqqət çox olmalıdır. Futzala yatırım etmək düzgün olardı”.
“STADİONLARI “STOYANKA” EDİBLƏR, YA DA YERİNDƏ ŞADLIQ SARAYI TİKİBLƏR”
Azərbaycan futzalındakı əsas problemlərdən birincisi uşaq məktəblərinin olmamasıdı. Bu haqda dəfələrlə yazmışıq. 10-12 yaşlı uşaqlar futzalla məşğul olmaq istəsələr də, hara müraciət edəcəklərini, hardan başlayacaqlarını bilmirlər. Ceyhun Sultanov hesab edir ki, küçə, məhəllə futbolunun olmaması həm futbola, həm də futzala zərbə vurur:
“Mən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edirəm. İstedadlı uşaqları tapmaq üçün məcburuq seleksiya edək. Amma əvvəl məşqçilər istedadları, bacarıqlı uşaqları küçədən, məhəllə futbolundan tapırdılar. Bu gün o yoxdu. Uşaqların hamısının başı qarışıb kompüterə, internetə. Digər tərəfdən də məhəllədə futbol oynamaq üçün boş yer yoxdu. Bütün stadionları “stoyanka” ediblər, ya da yerində şadlıq sarayı tikiblər”.
“ZAUR AXUNDOVUN İDEYASI ƏLADIR, AMMA...”
Bir müddət əvvəl Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Qazaxıstan modelindən yararlanmağı, futbol üzrə ölkə çempionatında çıxış edən hər bir klubun futzal komandası saxlamasını da təklif etmişdi. Bu məsələ mətbuatda kifayət qədər işıqlandırılsa da, hələlik həyata keçməyib. Bu təklif qəbul olunacağı halda, Ceyhun Sultanovun hazırda çalışdığı “Sumqayıt” klubu bu ideyanı reallaşdırmağa hazırdırmı?
“Bu, əla təklifdi, amma birbaşa maliyyəyə bağlanır. İndiki dövrdə Premyer Liqada futbol klubu saxlamaq çətindir. Maliyyə yaxşı olsa, hər bir komandanın futzal komandası da, çimərlik futbolu da olmalıdır.
Bu gün millinin oyunlarını izləyirəm. Təəssüf ki, əsasən braziliyalılar çıxış edir. Bugünkü gündə onlar güclüdürlər və etimadı doğruldurlar. Yerli, aparıcı oyunçuların isə yaşı keçir artıq. Götürək Rizvan Fərzəliyevi. Karyerasını başa vurmaq üzrədir. Sabah onun yerinə kim oynayacaq, Böyük problemlər məhz bundan sonra başlayacaq”.
“İNDİKİ AĞLIM OLSAYDI, QARDAŞIMI FUTZALA QOYMAZDIM”
Ceyhunun kiçik qardaşı Renat Sultanov da onun yolu ilə gedib. Renat da həm futbol, həm futzal oynayıb. Hazırda isə çimərlik futbolunda çıxış edir. Amma böyük qardaşından fərqli olaraq, Renatın karyerası elə də parlaq alınmayıb. Sonda yazımızın qəhrəmanı məhz bu barədə fikirlərini bölüşdü:
“Renatın futbol oynamağına inanmırdım. Düzdür, həvəsi var idi, oynaya bilirdi. Amma mən gec ayıldım. Həmin vaxt futbolçu olmaq çətin idi. Çünki şərait yox idi. Elə vaxt idi ki, futbola gəlməkdənsə hansısa sahədə işləmək daha yaxşı olardı. Çünki hər birimiz ailəni sahibiyik. Mən həmin çətinliyə dözdüm, amma qardaşıma fikir verə bilmədim. Sonradan vəziyyət dəyişdi. Futbolda böyük pıullar dövt etməyə başladı. İndiki ağlım olsaydı, onu futzala qoymazdım. Deyərdim ki, ancaq futbolla məşğul olsun. Bu gün isə Renat çimərlik futbolunda oynayır. Orda da futzaldakı problemlər mövcuddur. Futzaldakı kimi çimərlik futbolunda da aşağıdan gələn yoxdur. İstərdim ki, futzala da, çimərlik futboluna da diqqət olsun. Xüsusən də futzala maliyyə yatırılması düzgün olardı. Çünki Avropada futzalla tanınmaq şansımız futboldan daha çoxdur. İstər millimiz, istər “Araz” bu idman növündə Azərbaycanı beynəlxalq arenada kifayət qədər tanıdırlar”.
Söhbətləşdi: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Şəfa” darmadağın oldu
- Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Sevincin hipertrofiyası
- Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib
- Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”
- Millimiz Gürcüstana məğlub oldu
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb
- AFFA prezidenti PFL-in gələcəyi ilə bağlı: “...hər şey mümkündür”
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
13:19
Bakı bulvarında yelkən yarışına start verilib
-
12:41
Arda Güler ayın ən yaxşısı seçildi
-
12:06
Günün canlı yayımlanacaq oyunları- TV AFİŞA
-
11:52
"Lids" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:27
İmad Faraj: "Neftçi" 1:5 hesabı ilə uduza bilməz”
-
10:34
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərin arasında növbəti minifutbol turniri təşkil olunub
-
10:15
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
-
10:03
61 ildən sonra ölkə kubokunu qazandılar
-
09:48
"Beşiktaş"dan səfər qələbəsi VİDEO
-
20:06
Falaye Sako: “Belə olan halda "Neftçi" Avropada çıxış edə bilər”
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
-
16:25
Avarçəkənlərimiz "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:58
"Qarabağ" - "Turan Tovuz" oyununu kim idarə edəcək?
-
15:11
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
-
14:46
"Pezident Kuboku 2026: Azərbaycan komandasından daha bir “qızıl, bir “gümüş”
-
14:34
Elvin və Abbas əvəzedici heyətdə qol vurdu
-
14:07
Şahmatçılarımızın FIDE reytinqindəki mövqeyi açıqlanıb
-
13:23
Emin Mahmudov: “Qarabağ”a qarşı sistemimizi də, düşüncəmizi də dəyişdik”
-
12:55
Millimiz bu dəfə Belarusa qalib gəldi
-
12:19
"İmişli"də yeni müqavilə
-
12:00
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirilib
-
11:42
"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün yekun vurulacaq
-
11:28
Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar
-
10:56
Futzal üzrə Azərbaycan çempionatında rekord nəticə
-
10:31
Millimizin müdafiəçisi finalın bir addımlığında dayandı
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
"Şaxtyor" İngiltərə klubu ilə bacarmadı VİDEO
-
09:23
Cenk Sümer: “Mübarizə “Neftçi”nin qanında var”
-
23:15
"Neftçi" 5 illik həsrətə son qoydu VİDEO
-
22:49
Vernidub: “Bu oyun suyumu çıxardı”
-
22:36
Qurban Qurbanov: “Güclü olduğun halda belə, bəzən çempion olmursan”
-
22:07
"Səbail" 3 xalı 6 qolla qazandı VİDEO
-
21:52
"Neftçi" "Qarabağ"ı məğlub etdi
-
19:28
“Səbail” darmadağına sevindi
-
18:53
Premyer Liqamızda iki oyunun hakimləri açıqlandı
-
18:30
Bakıdakı bu stadiona FİFA sertifikatı verildi
-
17:14
Mahir Məmmədov: “Baku Open” turnirində iştirakçı sayına görə rekord qeydə alınıb”
-
16:41
Cüdoçularımızın rəqibləri rəqibləri müəyyənləşib
-
16:25
“Prezident Kuboku”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar
-
15:59
Bakı növbəti dəfə beynəlxalq şahmat festivalına ev sahibliyi edir
-
15:02
Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək
-
14:37
Aqil Nəbiyev: “Perspektivli komandamız var”
-
13:14
Millimiz Pakistana qalib gəldi
-
12:56
İlham Əliyev: "Avropada heç də hamı Azərbaycanın qalib gəlməsinə sevinmir"
-
12:48
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi FOTOLENT
02.05.2026
01.05.2026
30.04.2026
Arxiv
| May 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | ||||
| 04 | 05 | 06 | 07 | 08 | 09 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |























