19 Noyabr 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Ölkə futbolu

“Şəfa” darmadağın oldu

I Liqada 20-ci tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, ikinci oyun günündə iki keçirilib.

“Şahdağ Qusar” “Şimal”ı tək qolla üstələyib.

Günün mərkəzi oyununda isə “Mingəçevir” lider “Şəfa”nı qəbul edib. Buna qədər 19 tur ərzində uduzmayan paytaxt təmsilçisi səfərdə darmadağın olub.

3 aprel (cümə)

“Şahdağ Qusar” - “Şimal” - 1:0

Qol: A.Kulibali, 4

“Mingəçevir” - “Şəfa” - 5:2

Qollar: E.Mustafayev, 6 (1:0), K.Kalunqa, 50 (2:0), E.Zamanov, 55-p. (2:1), T.Qarayev, 86 (3:1), A.Usman, 88 (4:1), A.Ebrahimzade, 90 (4:2), T.Qarayev, 90+5 (5:2)

“Şəfa”nın 5 qolla məğlubiyyətindən sonra I Liqada çempionluq mübarizəsi yenidən qızışıb. Hazırda paytaxt klubu 45 xalla liderdir. 2 və 3-cü pillələri bölüşdürən “Baku Sportinq” və “Səbail”in 37 xalı var. “Mingəçevir” isə 36 xalla dördüncüdür. Növbəti turda “Şəfa” öz meydanında “Səbail”i qəbul edəcək. Həmin matçın nəticəsi qızıl medallar uğrunda mübarizəni daha da gərginləşdirə bilər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30