18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Füzuli Məmmədov: "Belə oyunla uğur qazanmaq olar"

"Turan Tovuz" çox yaxşı komandadır. Rəqibi təhlil etmişdik. Bilirdik ki, necə hücum qururlar, necə müdafiə olunurlar. Uşaqlar yaxşı mübarizə apardılar, meydanda maksimum güclərini qoydular. Hər birinə təşəkkür edirəm. Belə oyunla uğur qazanmaq olar. Amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv oynamaq üçün çalışacağıq. Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin epizodu daha diqqətli izləmək olardı. Ola bilər ki, hakimlər başqa cür dəyərləndirər. "Turan Tovuz"un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Belə oyunla nə vaxt uğur qazanmaq olar?

- Növbəti oyunlarda. Uğur qələbədir. Komandanın elitada qalması üçün qələbələr lazımdır.

- "Karvan-Yevlax" kubokda mübarizəni dayandırdığı üçün oyuna hazırlaşmağa kifayət qədər vaxt oldu. Bu amil sizin xeyrinizə oldu, yoxsa ziyanınıza?

- Rəqibi yaxşı təhlil etmək üçün vaxtımız oldu. Oyuna çox yaxşı hazırlaşmışdıq. Son matçda müdafiədə çox boşluqlar vermişdik. Mənə elə gəlir ki, bu gün o qədər də boşluq olmadı.

- Araz Abdullayevin oynamamasının səbəbi nədir?

- Ayağında zədə var. Ona görə də risk etmədik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31