6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Azər Bağırov: "Heç kim istəməzdi ki, belə hadisə olsun"

“İmişli”nin çıxışını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ ki davam edir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 19-cu turunda "İmişli”yə qarşı keçirilən oyundan (0:0) sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Veysəl Rzayevin durumu necədir?

- Palatadadır. Müalicə olunur.

- Yenidən komandaya qayıdacaq?

- Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnşallah, hər şey həm klubumuz üçün, həm də Veysəl üçün daha yaxşı olar.

- Futbolçunun gecə vaxtı küçədə olması nə dərəcədə doğrudur?

- Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31