27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Ölkə futbolu

Səlahət Ağayev sabiq klubuna qayıtdı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Son klubu “Səbail” olan Ağayev 2022-2023-cü illər mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31