8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

"Makkabi"nin baş məşqçisi: "Çətin olacağını bilirik, amma inanırıq"

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Baxar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"la oyun öncəsi fikirlərini bildirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, o, ilk matçda pis nəticə əldə etdiklərini xatırladıb: "Oyuna yaxşı başladıq, amma qarşılaşma irəlilədikcə matça nəzarəti itirdik. Bu, baş verməməli idi".
 
İsrailli mütəxəssis bütün həftə ərzində peşəkar şəkildə işlədiklərini vurğulayıb: "Bütün həftə düzgün oynamaq, aqressiv olmaq üçün çalışdıq. İnanırıq ki, “Sabah”a yaxşı hesabla qalib gələcəyik. Çətin olacağını bilirik, amma inanırıq. Ancaq burada çətinliklərin öhdəsindən gəlməyi və heyrətamiz işlər görməyi bilən bir klub var".
 
Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Makkabi" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31