Ölkə futbolu
Hakimlər “kimə işləyir”? - Araşdırma
Sabah Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək. Mövsümün sonuna 6 tur qaldığından çempionatda mübarizə artıq son mərhələyə qədəm qoyur. Çempionun adı rəsmiləşdiyindən, eləcə də sonuncu yerin sahibi böyük ölçüdə müəyyənləşdiyindən əsas sual medalçılarla bağlıdır. Hazırda 2, 3 və 4-cü yerlər uğrunda 6 komanda - “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Turan Tovuz” və “Səbail” mübarizə aparır.
Mövsümün sonu yaxınlaşdıqca klublar istəklərinə çatmaq üçün bütün vasitələrə əl atırlar. Hətta bu baxımdan mətbuatın dəstəyinə ehtiyac duyanlar da var. Təsadüfi deyil ki, son zamanlar bəzi məşqçilər mətbuat konfranslarında dolayısı yolla rəqiblərin sifarişi ilə mətbuatda dərc olunan yazılar, ünvanlarına səslənən ittihamlarla bağlı suallara ünvanlı cavablar verirlər. Məsələn, “Zirə” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında “Sizə elə gəlmir ki, əsas rəqibləriniz mətbuatdan istifadə edərək üzərinizdə təzyiq yaratmaq istəyirlər” sualını “Sumqayıt”ın baş məşqçisi Samir Abasov belə cavablandırmışdı: “Ən yumşaq formada deyirəm - biz bunu vecimizə almırıq. Bu, təmiz idman prinsiplərindən kənara çıxmaqdır. Onları çox yaxşı başa düşürəm. Oxları hansısa tərəfə fırlatmaq lazımdır. Həmin klubların rəhbərləri soruşanda ki, mən bu qədər pul verirəm, qarşılığında niyə 3-4-cü yerdəsiz, nəsə deməlidilər. Bunu siz jurnalistlər də yaxşı başa düşürsünüz. Mən də, futbolçularım da bu təxribata cavab verməyəcəyik. Bu gün gəldiyimiz yer oyunumuzla əlaqədardır”.
Yaxud “Kəpəz”lə matçın ardından “Səbail”in baş məşqçisi Şahin Diniyev də hakimlərin komandasına kömək etməsi barədə fikir səsləndirənlərə mesaj göndərmişdi: “Kim deyirsə ki, "Səbail"ə hakimlərin simpatiyası var, yanlışdır. Başqasının musiqisinə oynamağa çalışmayın”.
Ümumiyyətlə, cari mövsüm hakimlərin hansısa komandaya kömək etməsi barədə iddialar tez-tez səslənir. Son turlar bu baxımdan daha çox “Sumqayıt” və “Səbail”in adı çəkilir. Bunu isə Elxan Məmmədova bağlayırlar. Təbii ki, bu, gülünc iddiadır. Niyəsini Azərbaycan futbolunun mətbəxindən xəbərdar olanlar bilir. Qısaca onu demək kifayət edər ki, hazırda Hakimlər Komitəsinin sədri olan Barış Şimşək AFFA-nın hazırkı icraçı vitse-prezidenti Sərxan Hacıyevin kadrıdır. Yəni türkiyəli mütəxəssisi Azərbaycana məhz S.Hacıyev gətirib. Hətta deyilənlərə görə, Sərxan bəy mətbuatda özü ilə bağlı yazılanlara çox fikir verməsə də, Barış Şimşəklə bağlı səslənən tənqidlər zamanı əməlli-başlı narahatçılıq keçirir. Sərxan Hacıyevin isə keçmiş rəhbəri Elxan Məmmədovla münasibətlərinin yaxşı olmadığı çoxlarına məlumdur. Bu halda Sərxan Hacıyevin kadrı necə Elxan Məmmədovun sifarişlərini yerinə yetirə bilər?
Hansısa oyunda hakim səhvi ola bilər, olur da. Lakin bu, hakim həmin komandaya “işləyir” anlamına gəlməməlidir. Çünki mövsüm boyu hakimlər əksər klubların həm lehinə, həm də əleyhinə qərarlar qəbul ediblər.
100 faizlik olmasa da, hakimlərin “kimə işlədiyini” müəyyənləşdirməyin yollarından biri də statistikadır. Hakim bir komandaya necə kömək edə bilər? Böyük ölçüdə ya rəqib qapısına penalti təyin etməklə, ya da qırmızı vərəqə göstərməklə. Bəs görəsən, Azərbaycan Premyer Liqasında geridə qalan 30 tur ərzində hakimlər ən çox hansı komandanın lehinə penalti təyin ediblər?
Kiçik araşdırmamız zamanı məlum oldu ki, bu baxımdan da çempionatın lideri “Qarabağ”dır. 30 tur ərzində hakimlər Ağdam klubunun rəqiblərinin qapısına 13 dəfə penalti təyin ediblər. Bu sıralamada ikinci olan “Səbail” “Qarabağ”dan təxminən 2 dəfə geri qalır - 7 penalti. “Neftçi” və “Sabah”ın lehinə hakimlər 6, “Araz-Naxçıvan”, “Zirə” və “Sumqayıt”ın xeyrinə isə 5 penalti təyin olunub. Geridə qalan 30 tur ərzində “Turan Tovuz” cəmi 4 dəfə penalti yerinə yetirmək hüququ qazanıb. “Qəbələ” və “Kəpəz” isə xal sayında olduğu kimi, penaltilər də autsayderdirlər - cəmi 3 penalti.
Qapısına ən çox penalti təyin olunanların siyahısında isə “Səbail” liderdir. Hakimlər Şahin Diniyevin komandasının qapısına 8 dəfə 11 metrlik cərimə zərbəsi təyin ediblər. Sıralamada ikinci yeri “Qarabağ” tutur. Hakimlər Ağdam klubunun qapısına tərəf 7 dəfə nöqtəni göstəriblər. 30 tur ərzində “Sumqayıt”, “Qəbələ” və “Kəpəz”in qapısına 6, “Neftçi”, “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Sabah”ın qapısına 5 penalti təyin edilib. Hakimlərin cəzasına ən az tuş gələn isə 4 penalti ilə “Zirə”dir.
Göründüyü kimi, penaltilərlə bağlı statistika hakimlərin “Sumqayıt” və ya “Səbail”ə işləməsi haqda səslənən iddiaları rədd edir. Ən azı ona görə ki, hər iki klubun qapısına təyin olunan penalti sayı lehinə verilən 11 metrlik cərimə zərbəsindən daha çoxdur...
O ki qaldı qırmızı vərəqələrə, bu baxımdan aşkar lider “Qələbə”dir. 30 tur ərzində bölgə təmsilçisinin futbolçuları 9 halda meydanı vaxtından əvvəl tərk ediblər. “Sabah”ın 4, “Araz-Naxçıvan”ın isə 3 futbolçusu hakimlərin qəzəbinə tuş gəlib. “Qarabağ” və “Neftçi”nin 2, “Zirə”, “Turan Tovuz” və “Səbail”in isə 1 futbolçusuna geridə qalan turlar ərzində qırmızı vərəqə göstərilib. Bu baxımdan “Kəpəz” və “Sumqayıt” ən intizamlı klublardır. Çünki 30 tur ərzində bu komandaların heç bir futbolçusu qırmızı vərəqə ilə cəzalandırılmayıb.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























