Ölkə futbolu
Rəngarəng “Tarixlər”in AĞ-QARA görüşü - TƏƏSSÜRAT
İstanbul... Hər kəsin ömründə ən azı bir dəfə ziyarət etmək istədiyi şəhər... İstanbul tarixin özüdü. Bu səbəbdəndi ki, şəhərin tarixi məkanları nə gəzməklə, nə də saymaqla bitər...
“Neftçi” isə Azərbaycan futbolunun tarixidi. Bu gün “ağ-qaralar” “Qarabağ” kimi ardıcıl 10 il avrokubokların qrup mərhələsində oynamasa da, uzun illər boyu Azərbaycan futbolu dedikdə yada düşən ilk isim “Neftçi” olub. Məşhur “Neftçi” topu ifadəsindən tutmuş köhnə filmlərimizdəki “ağ-qaralar”la bağlı replikalara kimi xeyli nümünə gətirmək olar.
“Neftçi”nin yeni rəhbərliyi də məhz klubun əzəmətini özünə qaytarmaq istəyir. Məqsəd “Neftçi”nin təkcə dünəni ilə yox, həm də bu günü ilə də öyünməsidi...
Bu yolda flaqmanın ilk sınağı UEFA Konfrans Liqası idi. “Jelezniçar” səddi bir qədər çətinliklə keçilsə də, ümidlər böyük idi. Həm Adrian Mutunun baş məşqçi vəzifəsinə gətirilməsi, həm də yeni transferlər “Neftçi”nin Konfrans Liqasında daha irəli gedəcəyinə olan ümidləri artırırdı. Lakin sən saydığını say, gör püşk nə sayır...
“Neftçi”nin üçüncü mərhələdəki rəqibi “Beşiktaş” oldu ki, 2 “ağ-qara” arasındakı fərq ümidlərin üstündən xətt çəkdi. Açıq deyək ki, Bakıda ikinci hissədə yaxşı oynasa da, İstanbulda hesabda önə keçsə də, reallıq budu ki, bugünkü “Neftçi” “Beşiktaş”la mübarizə aparacaq gücdə deyil... Azərbaycan klublarının heç vaxt qardaş ölkə təmsilçilərini üstələyə bilməməsi statistikanın da “Neftçi”nin əleyhinə olduğunu göstərirdi.
Bununla belə, səfərə 2 gün əvvəldən gedən “Neftçi” oyunöncəsi məşqdə ümidli görünürdü. Komandadakı yüksək əhval-ruhiyyə “Beşiktaş”ı mübarizədən kənarlaşdırmaq olar” möcüzəsinə ümid verirdi...
Girişdə də qeyd etdiyimiz kimi, İstanbul dünyanın ən möhtəşəm şəhərlərindən biridi. Şəhərə çatdığımız andan İstanbul insanı öz aurasına aldı. Xaotik vəziyyətinə görə hazırda bəzi Hindistan şəhərlərinə bənzəsə də, İstanbul həmişəki kimi ziyarətçilərinin könlünü oxşayır. Oyuna artıq 1 gün qalmış stadionun ətrafında ciddi hazırlıq işləri gedirdi. Beşiktaş bölgəsində sərin külək əssə də, hər kəs sabahkı “fırtına”nın düşüncəsindəydi...
EMİN MAHMUDOV - 1 YERLİ DƏYƏR 10 LEGİONERƏ
Oyunun startına 5-6 saat qalmış stadionun qarşısına gəlib şəkil çəkdirən, forma, şərf alan azarkeş toplusunun xüsusi həyəcanını görməmək mümkün deyildi. Təəssüf ki, yerli azarkeşlərin bu həyəcanı rəqiblə bağlı deyildi. Çünki “Beşiktaş” fanatları sevimli komandalarının doğma meydanda rahat qələbə qazanacağına arxayın idilər. “Neftçi”ni isə çətin səfər matçında Bursa, Ankara və digər şəhərlərdən gəlmiş 100-dən çox azərbaycanlı dəstəkləyirdi. Start fitindən sonra onlar dəstəkləri ilə “Neftçi”nin 12-ci oyunçusuna çevrilməyə çalışırdılar. 36-cı dəqiqəqə onlar da, biz də “Neftçi”nin qolunun sevincini yaşadıq. Ozobiçi də legioner saysaq, meydanda cəmi 1 yerli futbolçu var idi. Futbol hər nə qədər komanda oyunu olsa da, qol vuranın məhz Emin Mahmudov olması maraq doğuran məqamdı. Təcrübəli yarımmüdafiəçi əlinə düşən fürsətdən maksimum dərəcədə yararlanmaqla daşıdığı sarğının məsuliyyətini ortaya qoydu.
UĞULTU SƏDALARI, AZARKEŞ “PARTLAYIŞ”I
Hər nə qədər yerli azarkeşlər tribunaları doldurmasalar da, onların sayı heç də az deyildi. Mahmudovun qolu isə yerli publikanı özündən çıxardı. Təkcə stadiondakı deyil, sosial şəbəkələrdəki “Beşiktaş” azarkeşləri də yenilgini ağıllarından belə keçirmirdilər. Həmin anlarda kimi baş məşqçi Şenol Güneşi “yıxıb-sürüyürdü”, kimisi də futbolçuları. Təəssüf ki, “Neftçi” ikinci hissədə üstünlüyünü qoruya bilmədi. Vinsent Abubakarın vurduğu qol ustalığının göstəricisi idi.
“NEFTÇİ” UDUZSA DA, ÜMİD VERDİ
Hesabı bərabərləşdirdikdən sonra daha da ümidlənən “Beşiktaş” az sonra ikinci qolu da vurdu. Beləcə, “Neftçi” Bakıda olduğu kimi, səfərdə də rəqibinə məğlub oldu. Uduzmağına baxmayaraq, oyundan sonra Adrian Mutunun da dediyi kimi, “Neftçi” mübarizliyi ilə İstanbula turist kimi yollanmadığını sübut etdi. Komanda bacardığını etdi. “Neftçi” döyüşkənlikdə “Beşiktaş”dan geri qalmasa da, ustalıq səviyyəsini sözünü dedi. “Neftçi”nin bu çıxışı isə gələcəyə ümid verir. Artıq prioritet ölkə çempionatıdı. “Neftçi”nin yeni rəhbərliyinin də, Mutunun da, yeni transferlərin də özlərini sübut etmək üçün sadəcə bir yol var - çempion olmaq...
Azad NURİYEV,
Bakı-İstanbul-Bakı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
-
10:34
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
-
10:16
Qeylen Smit Azərbaycan klubuna qayıdıb
-
10:00
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milliləri: 5-ci və 16-cı
-
09:48
“D”-də çabalamaqdan yuxuda diksinməyə qədər…
-
09:29
Yeton Bekiri: “Daha yaxşı “Qəbələ” görəcəyik”
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
29.09.2026
28.09.2026
27.09.2026
























