9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qarabağ" bu göstəriciyə görə "Trabzonspor" və "Reyncers"i qabaqladı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" ÇL-də bu mövsüm topa ən çox sahib olan komandadır. Ağdam təmsilçisi 64 faizlə 1-ci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 2-ci (62 faiz), Şotlandiya "Reyncers"i isə 3-cüdür (56 faiz).

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ən çox qol vuran komandalar siyahısında isə 14 qolla 2-ci pillədə qərarlaşıb. "Budo Qlimt" (Norveç) 19 qolla 1-cidir.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya"sı (Plzen) ilə qolsuz heç-heçə edib. Bu komandalar arasında avqustun 23-də Çexiyadakı cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31