5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Eddi İsrafilov: "Çalışacağam ki, yığmaya köməyim dəysin"

“Gözəl oyun oldu. İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və sonda qalib gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Eddi İsrafilov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sözügedən matçda dubl edən yarımmüdafiəçi hər dəfə maksimumu verə bilmək üçün çalışdığını vurğulayıb: "Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam".

O, 2 ildən sonra yenidən yığmaya çağırıldığını təsdiqləyib: "Milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin".

Eddi sonda vurduğu qolları qızına həsr etdiiyni söyləyib: "Hazırda ancaq "Neftçi"nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31