3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Avro-2024-dəki ilk matçda Ronaldodan 100 faizlik dəqiqlik

Kriştianu Ronaldo Avro-2024-dəki ilk oyununda 100 faizlik dəqiqliyə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Çexiya ilə matçda (2:1) ulduz futbolçunun 22 ötürməsinin hamısı dəqiq olub.

Maraqlıdır ki, Avro-2024-ün ilk turunda yalnız 3 futbolçu 20-dən artıq ötürmədə yüzfaizlik göstəriciyə imza atıb ki, onlardan biri də məhz Ronaldodur. O, sıralamada üçüncü olub. Danimarka millisinin üzvü Andreas Kristensenin 89 ötürməsinin, Almaniya yığmasından isə Camal Musialın 32 ötürməsinin hamısı ünvanına çatıb.

Qeyd edək ki, ötürmələrdən fərqli olaraq zərbə baxımından Ronaldo Çexiya ilə matçda qeyri-dəqiq olub. 39 yaşlı forvard qapıya 5 zərbə endirsə də, fərqlənə bilməyib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31