28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Xarici futbol

"Azərbaycanla oyunda hücum futbolu nümayiş etdirəcəyik"

Estoniya millisinin baş məşqçisi Tomas Heberli Avro-2024-ün seçmə mərhələsində Avstriyaya məğlubiyyəti (1:2) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycana qarşı keçirəcəkləri görüş haqda da danışıb:

“Əlbəttə, biz çox məyusuq. Amma bu nəticəni qəbul etməliyik. Avstriya ilə oyun göstərdi ki, biz yüksək səviyyəli rəqibləri qəbul edə bilərik. Cəsarətlə oynadıq və qol şansları yaratdıq. Qarşılaşma 90 dəqiqə yox, 85 dəqiqə davam etsəydi, o zaman nəticə ilə kifayətlənmək olardı.

Biz risk etməkdən qorxmadıq. Kifayət qədər güclü olduğumuzu sübut etdik və Azərbaycanla növbəti matçda öz oyunumuzu daha çox  göstərə biləcəyik. Fərqli oyun olacaq, biz daha tez-tez topa sahib olub əks-hücum yox, hücum futbolu nümayiş etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycan - Estoniya görüşü iyunun 17-i keçiriləcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30