1 Iyun 2026, Bazar ertəsi
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?

Xarici futbol

Zəlzələdən zərər çəkənlərə görə Ronaldonun formasını auksiona çıxardı

Türkiyə millisinin üzvü Merih Demiral vətənində zəlzələdən zərər çəkmiş şəxslərə yardım etmək üçün sabiq komanda yoldaşı Kriştianu Ronaldonun formasını auksiona çıxarıb.

Futbolxeber.az saytının məlumatına görə, türkiyəli futbolçu tviterdəki paylaşımında bu haqda portuqaliyalı ulduzu da məlumatlandırdığını bildirib:

“Az əvvəl Kriştianu ilə danışdım. O da Türkiyədə baş verənlərə görə məyus olduğunu bildirdi. Biz Ronaldonun avtoqraflı formasını auksiona çıxarırıq. Hərracdan əldə olunacaq gəlirin hamısı zəlzələ qurbanlarına və yaralılara sərf olunacaq”.

Qeyd edək ki, hazırda “Atalanta”da çıxış edən Metih Demiral daha əvvəl Ronaldo ilə birgə “Yuventus”da forma geyib.

Əlavə edək ki, fevralın 6-da Türkiyədə 7,7 baş gücündə baş vermiş zəlzələ nəticəsində 5 mindən çox insan həyatını itirib, 20 min nəfərdən çox adam yaralanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30