1 Iyun 2026, Bazar ertəsi
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?

Xarici futbol

Pioli qovulsa, onu “Milan”da kim əvəzləyəcək?

Son turlar uğursuz çıxış edən “Milan”da tezliklə baş məşqçi dəyişikliyi baş verə bilər.

Futbolxeber.az “La Repubblica”ya istinadən verdiyi məlumata görə, artıq hazırkı baş məşqçi Stefano Piolonin mümkün əvəzləyicilərinin adları da məlumdur.

Belə ki, “Milan”ın baş məşqçisi vəzifəsinə iki namizəd var. Söhbət “Tottenhem”in baş məşqçisi Antonio Konte və “Brayton”un çalışdırıcısı Roberto De Dzerbidən gedir.

Konte London klubunda ildə 17 milyon avro qazanır. Bu yaxınlarda “Brayton”la yeni 4 illik müqavilə imzalayan De Dzerbinin illik qazancı isə 5 milyon avrodur.

Buna qədər Konte “Yuventus” və “İnter”i, De Dzerbi isə “Şaxtyor”, “Sassuolo” və “Benevento”nu çalışdırıb.

Qeyd edək ki, ardıcıl 4 oyunda uduzan “Milan” son 6 ildə ən pis göstəriciyə imza atıb. “A” seriyasının növbəti turu çərçivəsində “Qırmızı-qaralar” fevralın 10-da “Torino” ilə, 4 gün sonra isə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq. Məhz qarşıdakı 2 oyunda Piolinin klubdakı gələcək taleyi müəyyənləşəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30