23 Noyabr 2024, Şənbə
Elmar Baxşıyevdən qələbə şərhi
"Araz-Naxçıvan" lider oldu
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu

Minifutbol

AFFA məmuru ailəsini və qohumlarını Braziliyaya apardı

AFFA-nın rəsmi saytında verilən məlumata görə, qurumun baş katibi Elxan Məmmədov  Brazilyanın San Paulu şəhərində keçiriləcək  FİFA-nın 64-cü konqresində iştirak etmək üçün bu ölkəyə yollanıb.
 
Elxan Məmmədovla bərabər AFFA-nın texniki departamentinin rəisi Zaur Hacı Məhərrəmov da Braziliyaya geidb.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Braziliyaya  təkcə konqresdə iştirak etmək üçün getməyib. Elxan Məmmədov dünya çempionatının keçirildiyi ərəfədə Braziliyada istirahət edəcək, mundialın qarşılaşmalarını da izləyəcək. Baş katib Bakı-İstanbul-San Paulu reysinə tək yox, ailəsi və bir neçə yaxın qohumu ilə minib.
 
Maraqlıdır, AFFA-nın baş katibi ailəsini və qohumlarını uzaq Braziliyaya hansı vəsaitlə aparıb? Onlar dünya çempionatının oyunlarına bileti necə əldə ediblər, öz hesablarına, yoxsa FİFA-nın AFFA-ya ayırdığı biletlər hesabına?
Hər halda,  konqresə ailəsi və qohumları ilə gedən baş katibin səfəri olduqca müəmmalıdı.
 
Məsələyə AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun mövqeyini öyrəndik. Mikayıl Nərimanoğlu bildirdi ki, baş katib Braziliyaya istirahətə yox, konqresdə iştirak etmək üçün gedib: “Elxan Məmmədovun Braziliyaya ailəsi və qohumları ilə getməsi barədə bizdə məlumat yoxdur”.
 
Mikayıl Nərimanoğlundan baş katibin aylıq məvacibini də öyrənməyə cəhd etdik. Amma AFFA-nın sözçüsü bu haqda məlumat verməkdən imtina etdi.




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30