1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

“Səbail” Yakubu qarşısında bütün öhdəliklərini yerinə yetirib - AÇIQLAMA

“Səbail” keçmiş futbolçusu Mustafa Yakubu qarşısında bütün öhdəliklərini yerinə yetirib.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O deyib: “Bəli, bu barədə müvafiq qərar mövcuddur. Bununla yanaşı, bildiririk ki, “Səbail” PFK tərəfindən futbolçu Mustafa Yakubuya olan bütün əməkhaqqı öhdəlikləri 9 iyun tarixində tam həcmdə yerinə yetirilib, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib”.

Klub rəsmisi qeyd edib ki, FİFA-nın qadağa qərarının 3-4 gün ərzində ləğv ediləcəyi gözlənilir:

“Qeyd edirik ki, futbolçu müvafiq quruma müraciətini ödəniş həyata keçirilməzdən əvvəl etdiyi üçün sözügedən qərar qəbul edilmişdir. Hazırda qərarın ləğv edilməsi istiqamətində bütün zəruri hüquqi və inzibati prosedurlar icra olunur. Borcun tam ödənilməsini təsdiq edən bütün rəsmi sənədlər aidiyyəti quruma təqdim edilib. Mövcud vəziyyət nəzərə alınaraq, 3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir. Heç bir naratlığa əsas yoxdur, heç bir borcdan söhbət gedə bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl maaşını ala bilmədiyi üçün Mustafa Yakubu FİFA-ya şikayət edib. Bu səbəbdən də ali futbol qurumu paytaxt klubuna transfer qadağası qoyub. Lakin artıq futbolçunun maaşı ödənilib. Bu səbəbdən də FİFA-nın tezliklə qadağanı ləğv edəcəyi gözlənilir.

Xatırladaq ki, buna bənzər hadisə bir müddət əvvəl “Neftçi” və “Qarabağ”la bağlı da yaşanmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30