9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL

I Liqada mübarizə aparan “Şəfa”da bu gün gözlənilməz ayrılıq yaşana bilər.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi baş məşqçisi Elgiz Kərəmli ilə vidalaşmağa yaxındır. Komanda hazırda lider olsa da, ötən tur “Baku Sportinq”lə matçda itirilən 2 vacib xal baş məşqçinin kreslosunu ciddi şəkildə laxladıb.

Rəhbərlik Kərəmliyə bu gün son şansı verib. Əgər “Şəfa” I Liqanın 14-cü turunda “Səbail”ə qarşı keçirəcəyi görüşdə xal itirsə, o zaman Elgiz Kərəmli istefaya göndəriləcək.

Qeyd edək ki, “Şəfa” hazırda 31 xalla liderdir. “Baku Sportinq” 26 xalla ikinci, “Səbail” isə 25 xalla üçüncüdür.

Əlavə edək ki, ötən il də güclü heyətə malik olmasına baxmayaraq, “Şəfa” ikinci liqada qalib ola bilməmişdi, komanda gümüş medalla kifayətlənmişdi.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31