9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Nyukasl"dan Bakıya gələcək azarkeşlərə Şəhidlər xiyabanı və orucluqla bağlı müraciət

“Nyukasl” “Qarabağ”la oyuna görə Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.

Futbolxeber.az-ın məlumatına görə, müraciət İngiltərə klubunun saytında yayımlanıb.

Burada turistlərin səfəri ilə bağlı mühüm informativ məlumatlar yer alıb. Eyni zamanda klub azarkeşlərini yerli adət-ənənələrə hörmət etməyə çağırıb.

"Nyukasl" xüsusən tərəfdarların Azərbaycanda gözlənilən Ramazan ayı ilə bağlı qaydalara diqqət etməsini tövsiyə edib. Bildirilib ki, Ramazan ayının fevralın 17-si axşam saatlarında başlaması, 18 fevral səhərindən etibarən isə orucun tutulması gözlənilir və yerli sakinlərə, mədəniyyətə hörmətlə yanaşılmalıdır.

Müraciətdə həmçinin tarixi məkanlar və abidələr ətrafında davranışa xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə Şəhidlər xiyabanının həssas məkan hesab olunduğu qeyd olunub və burada hörmətsiz və ya narahatlıq yaradan hərəkətlərin yolverilməz olduğu qeyd edilib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31