5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Julio Romao rəsmən “Ferentsvaroş”da

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında  çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Braziliyalı yarımmüdafiəçi karyerasını Macarıstanın "Ferentsvaroş" klubunda davam etdirəcək. Bu barədə isə Budapeşt klubunun yaydığı açıqlamada bildirilib.

Tərəflər arasında bu gün müqavilə imzalanıb. Hələlik sözləşmənin detalları açıqlanmayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31