Ölkə futbolu
“Zirə”nin müdafiəçisi: “Osihmenə qarşı oynamaq mənim üçün çətin olmadı”
“Zirə”nin müdafiəçisi Ange Mutsinzinin Futbolxeber.az saytına müsahibəsi
- Ölkə çempionatında ardıcıl 3 məğlubiyyətdən sonra “Sumqayıt”a qalib gəldiniz. 4:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Çox yaxşı oyun keçirdik. Qol vurmaq üçün xeyli şansımız oldu. Onlardan bəzilərini dəyərləndirə bilməsək də, 4 qol vurmağa müvəffəq olduq. Vacib 3 xal qazandıq. Nəticədən məmnunuq.
- “Sumqayıt” hesabı bərabərləşdirdikdən sonra psixoloji cəhətdən hər hansı bir gərginlik yaşamadınız?
- Xeyr, hər hansı bir gərginlik olmadı. Çünki oyunda üstün tərəf biz idik. Hesabda önə keçdikdən sonra da qol vurmaq üçün şanslarımız var idi. Ona görə də rəqib hesabı bərabərləşdirsə də, komandama inanırdım. Bilirdim ki, hesabda yenidən önə keçəcəyik.
- Bir gün əvvəl “Səbail”ə qalib gələn “Sabah” dördüncü pilləyə yüksəlməklə turnir cədvəlində “Zirə”ni geridə qoymuşdu. Bu məqam - yenidən dördüncü pilləyə qayıtmaq istəyi motivasiyanızı daha da artırmışdı?
- Biz digər komandaların çıxışına fikir vermirik. Yalnız öz oyunumuz barədə düşünürük və hər matça da qələbə üçün çıxırıq. “Sumqayıt”a qarşı gözəl futbol sərgilədik və layiqli qələbə qazandıq. İndi bunu qarşıdakı matçlarda da təkrarlamalıyıq.
- Buna qədər “Zirə” son 3 matçda məğlub olmuşdu. Komandanın bu uğursuz periodunu nə ilə əlaqələndirmək olar?
- Bu futboldur və hər komanda bu cür vəziyyətlə üzləşir. Biz də istəməzdik ki, ardıcıl məğlub olaq. Məşqlərdə tam gücümüzlə çalışırıq. Əlimizdən gələni edirik ki, qələbə qazanaq. İnanıram ki, bir də bu cür uğursuz halla üzləşmərik.
- Deyə bilərik ki, “Sumqayıt” üzərində qələbədən sonra “Zirə” “qara zolaq”dan çıxdı?
- Əlbəttə, buna inanırıq. Bunun üçün də əlimizdən gələni edəcəyik. Qarşıda 4 oyunumuz var. Həm kubok matçında, həm də ilin son 3 turunda qalib gəlmək üçün bütün gücümüzü meydanda sərf edəcəyik.
- Bir neçə gün əvvəl Ruanda millisinin heyətində Nigeriyaya qarşı oyunda qol vurdunuz. Təəssüratlarınız necədir?
- Mənim üçün bu, çox sevindirici haldır. Çünki millinin heyətində ilk dəfə idi fərqlənirdim. Lakin səfərdə Nigeriya üzərində qələbə qazanmağımıza baxmayaraq, mərhələ adlaya bilmədik. Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizəni dayandırdıq. Bu məqam təəssüf doğurur.
- Rəqibin heyətində “Milan”dan Çukvuze, “Bayer”dən Bonifase və ən əsası Osihmen kimi təhlükəli hücumçular var idi. Onlara qarşı oynamaq çətin olmadı?
- Əlbəttə, istər adını çəkdiyiniz digər hücumçular, istərsə də Osihmen çox güclü, təhlükəli futbolçulardır. Amma komandala olaraq biz yaxşı mübarizə apardıq. Ona görə də Osihmen və digərlərinə qarşı oynamaq mənim üçün çətin olmadı.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
25.10.2026
24.10.2026
23.10.2026
























