1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

"Qarabağ"ın açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlum olub.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Henrik Ryudströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada açıq məşqi 19:00-a planlaşdırılıb.

Qeyd edək ki, “Qarabağ” - “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30