1 Iyun 2026, Bazar ertəsi
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?

Ölkə futbolu

Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan I, II və Region Liqasında pley-off oyunlarının vaxtı açıqlanıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, ilk oyunlar mayın 28-29-na təsadüf edəcək.

Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq.

Qeyd edək ki, 2024/2025 mövsümündə I Liqaya vəsiqə uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 4 iyun

II Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 5 iyun








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30