3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

AFFA azarkeşə qeyri-etik jest edən futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
 
2-ci Liqanın 2-ci turunun “Şəfa” – “Şəki Siti"” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.
 
“Şəfa” - “Şəki Siti” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.
 
“Şəfa” - “Şəki Siti" oyununda meydan sahiblərinin futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Şəfa” klubu 350 manat cərimə edilib.
 
2-ci Liqanın 2-ci turunun “Ağdaş” - “Baku Sportinq” oyununda meydan sahiblərinin futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş”  50 manat cərimə edilib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30