Ölkə futbolu
İmanol İriberri: "Azərbaycanda qalmaq və uğur qazanmağı çox istəyirəm"
“Səbail”in yeni transferi İmanol İriberri klubun rəsmi saytının suallarını cavablandırıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Karyeranıza baxarkən diqqəti ilk cəlb edən indiyə qədər oynadığınız klubların sayı olur. Tez-tez, demək olar ki, hər mövsüm klub dəyişmisiniz. Bunun səbəbi nə idi?
- Argentinadan çox gənc yaşımda ayrıldım, Paraqvaya getdim. Bu, ilk təkan idi. Karyeramın çox hissəsini Venesuela və Boliviyada keçirmişəm. Bəzən getdiyim ölkələrdə olan vəziyyət mənim orada uzun müddət qala bilməməyimə gətirib çıxarıb. Bəzən yaxşı təkliflərə və bəzən isə daha yaxşı hədəflərə görə başqa klublara getmişəm. Venesueladakı siyasi vəziyyətə görə qərara aldım ki, ailəmlə birlikdə oranı tərk edim. Mənim üçün futbolda maddi maraqlar hər zaman ikinci planda olub. Fikirləşirəm ki, futbol Allahın bir lütfüdür. Qısa futbolçu karyerası ərzində futboldan öyrənmək, oyundan həzz almaq daha önəmlidir.
- Argentina, Paraqvay, Portuqaliya, Venesuela və s. kimi ölkələrin klublarında oynamısınız. İndi isə tam fərqli bir futbol mühitinə düşmüsünüz. Bu barədə fikirlərinizi bilmək istərdik…
- Düzünü deyim ki, həmişə Azərbaycana gəlmək şansım olub. Hələ “Boavişta”da oynayarkən menecerimlə bu barədə söhbət etmişdim. Əlbəttə, futbol cəhətdən hər bir ölkənin özünəməxsusluğu var. Həmişə başqa ölkəyə gedərkən adaptasiya bir az çətin olur. Amma Bakıya gəlməzdən əvvəl burada oynayan dostlarımdan Huqo Barqas Qarsiya ilə Azərbaycan futbolu barədə danışmışdım və ölkə haqqında çox müsbət fikirlər eşitmişdim. Bu şans yarananda, artıq heç bir tərəddüd etmədən qəbul etdim. Burada həm futbolçular, həm çempionat məni müsbət mənada çox təəccübləndirdi.
- Ölkəmiz barədə eşitdikləriniz sayəsində formalaşan təsəvvürünüz və burada gördükləriniz bir-birini nə dərəcədə tamamlayır?
- Hər bir futbolçu hər hansı ölkəyə getməzdən öncə özü üçün araşdırma aparır, dost-tanışlarından məsləhət alır. Hər zaman Azərbaycan barədə müsbət təsəvvürüm olub. Buraya gəldikdən sonra həqiqətən çox düzgün qərar verdiyimə əmin oldum. Bakı çox gözəl şəhərdir. İnsanlar həddindən artıq mehribandır. Hələ ilk gündən bunu hiss etdim. Baxmayaraq ki, “Səbail” gənc klubdur, inanıram ki, biz çalışaraq öz hədəflərimizə nail olacağıq.
- Artıq çempionatımızda debüt etmisiniz. İlk oyununuz barədə təəssüratlarınız necədir?
- "Sabah"la matçın ikinci hissəsində meydana daxil oldum. Əlbəttə, əvəzetmədən oyuna daxil olmaq asan deyil. Çünki başqa futbolçularla eyni ritmdə olmursan, digərləri ilə konsentrasiya fərqli olur. Amma sevinirəm ki, qalib gəldik. Çempionat çox çətindir və qarşıda bizi ağır oyunlar gözləyir. Fikrimcə, daha az səhvə yol verən komanda müsbət nəticəyə daha yaxın olacaq.
- Komandadakı ab-hava sizi qane edirmi?
- Çox istedadlı, sadə və çalışqan komanda ilə qarşılaşdım. Birinci məşq çox çətin idi. Adaptasiya dövrü, uyğunlaşma… Amma futbolun bir dili var, bütün dünyanın hər yerində futbolun dili eynidir və bu dil bizi birləşdirir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar məni çox mehriban qarşıladılar. Komandamızda istedadlı oyunçular var və əminəm ki, hədəflərimizə nail olacağıq. Bunun üçün bütün varlığımla səy göstərəcəyəm. Çünki Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm.
- “Səbail”in azarkeşlərinə sözünüz…
- Azarkeşlərimizin hər zaman “Səbail”in yanında və hər zaman “Səbail”ə dəstək olmalarını arzu edərdim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
15.10.2026
14.10.2026
13.10.2026
























