15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Rəşad Sadıqov: "Beynəlxalq oyunlarımızı Qarabağda keçirməyi arzulayırıq"

Ağdamın "Qarabağ" klubu Xocalı faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə hesabında komandanın kapitanı Rəşad Sadıqovun açıqlamasını yerləşdirib.
 
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Rusiyanın "Matç TV" kanalına müsahibəsində "Qarabağ" klubunda forma geyməyin məsuliyyətindən danışıb:
 
"Xüsusilə, yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal edilib, amma bu, müvəqqətidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Baş məşqçimiz imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı klubun şərəfini qoruduğumuzu yadımıza salır". 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31