15 May 2024, Çərşənbə
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı
Bir fotonun qorxusu... - QEYD
"Bizə heç kim nəsə dəyə bilməz"

Digər idman növləri

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar.

Futbolxeber.az-ın Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli üzvləri Nevşehirdə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında iştirak ediblər.

Yarışın ilk günlərində U-13 komandası 2-ci, U-15 isə 3-cü yeri tutub. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər.

Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.

Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerlə kifayətlənib. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31