29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Basketbol

"Bütün matçlara yalnız qələbə üçün çıxırıq"

"Biz hər matça yalnız qələbə üçün çıxırıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "NTD-İndiqo"nun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri oyunlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Oyunçu yarımfinalda "Xəzri"yə səhvlər ucbatından yenildiklərini bildirib: "Həm də şans tərəfimizdə deyildi. İlk oyunda "Xəzri" bizi məğlub etmədi, özümüz uduzduq. İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik. Düşünürəm ki, daha çox şeyə layiq idik. Amma "Xırdalan"la oyunlarda yalnız qələbə üçün oynayacağıq".
 
Qeyd edək ki, tərəflər arasındakı ilk matç mayın 15-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31