29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Diakabi “Qarabağ”dakı gələcəyi barədə: “Mənim üçün çox qarışıq situasiyadır”

“Zirə” ilə görüşdə çətinliklə qələbə qazandıq. Matç gözlədiyimizdən daha ağır alındı. Amma qələbə qazanmağımız sevindiricidir. Çempion olsaq da, baxımlı oyunumuzla azarkeşlərimizi sevindiririk”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Adama Diakabi deyib.

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışan fransız futbolçu rəqib müdafiəsini yarmaqda çətinliklə üzləşdiklərini bildirib: “Zirə” hər bir mövqedə aqressiv çıxış edir. Penaltidən qol vurduq, amma digər epizodlardan da şanslar qazandıq. Bu, göründüyü kimi asan deyil”.

O, həftə sonu “Turan Tovuz”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Qarşıdakı matçdan da qələbə gözləyirəm. Növbəti 3 xalı qazanmağı hədəfləyirik. Şans qazansam, komandamın qələbəsində pay sahibi olmaq üçün əlimdən gələni edəcəyəm”.

A.Diakabi “Sizi növbəti mövsümdə də Ağdam təmsilçisinin heyətində görə biləcəyik?” sualını belə cavablandırıb: “Müqaviləm bu yayın sonunda başa çatır. Hazırda mənim üçün çox qarışıq situasiyadır. Hələ ki, heç nə bilmirəm. Bu barədə düşünməyə ehtiyacım var. Burda qalıb-qalmayacağım ilə bağlı plan qurmamışam. Səmimi desəm, hazırda mövsümün son 3 oyununa köklənmişəm”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31