29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi müzakirə edilib

Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varol Milli Olimpiya Komitəsində olub.
 
Futbolxeber.az saytına MOK-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi müzakirə edilib.
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu deyib.
 
Bakıya səfərindən məmnunluğunu bildirən Nevzat Varol Azərbaycanda idmanın inkişafının beynəlxalq aləmə də səs saldığını bildirib.
 
Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib.
 
“Beynəlxalq Hərbi İdman Şurası Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci ən böyük multiidman təşkilatıdır. Hər Yay Olimpiya Oyunlarından bir il əvvəl Hərbçilərin Olimpiya Oyunları keçirilir. Burada əsas məqsədimiz Olimpiya Oyunlarına xidmət etməkdir. Bu günə qədər yeddi dəfə Hərbçilərin Olimpiya Oyunlarını keçirmişik. Sonuncu dəfə 2019-cu ildə Çinin Uhan əyalətində bu yarış uğurla təşkil olunub. Oyunlar 2023-cü ildə isə Cənubi Afrikada keçirilməli olsa da, onlar bunu 2027-ci ilə qədər təxirə saldılar. Biz artıq yeni layihələr üzərində çalışırıq. İstəyirik ki, 2031-ci ildə hərbçilərin IX Olimpiya Oyunlarını Azərbaycanda təşkil edək. Azərbaycan daha əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bunun üçün də düşünürəm ki, Azərbaycanın bu idman tədbirinə ev sahibliyi etməsi üçün maddi texniki bazası, lazımi infrastrukturu, könüllüləri və təcrübəsi var”, - deyə Nevzat Varol bildirib.
 
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə isə təklifi müsbət qarşılayıb. Təklifin dəyərləndirilməsi üçün Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirənin vacib olduğunu vurğulayıb.
 
Görüşdə komitənin baş katibi Azər Əliyev və idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31